Ətraflı axtarış
Baxanların
162972
İnternetə qoyma tarixi: 2011/05/31
Sualın xülasəsi
Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
Sual
Mənim on yeddi yaşım var. Eyni zamanda cinsi əlaqəyə ehtiyacım var. Müxalif cins ilə (qız) hansı yolardan istifadə etməliyəm ki, günah olmasın? Yəni neyləyim ki, həm cinsi əlaqədə olum və həm də bu iş günah olmasın?
Qısa cavab

Qısa cavab:

İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər.

İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti və daimi) insanlara vacib etmişdir. Yəni kişi və qadının bütün rabitələri bu qanun çərçivəsində olmalıdır. Siz də öz cinsi istəklərinizi təmin etmək üçün bu qanundan istifadə etmək məcberiyyətindəsiniz. Yəni məsələnin yeganə həll yolu ailə qurmaqdadır. (fərq etməz müvəqqəti və ya daimi ) əgər bu şərait sizin üçün əlverişli deyilsə gərək idman etməklə, oruc tutmaqla və başqa əyləncəli işlərlə özünüzü kontrol edəsiniz ki, günaha düşməyəsiz.

Ətreaflı cavab

İslam dini baxımından qadın və kişi bir- birlərini təkminləşdirən iki müxalif cinsdirlər. Allah- Taala onları bir- birləri üçün yaratmışdır. Qurani- kərim buyurmuşdur: "Allahın böyük qüdrət nişanələrindəndir ki, sizin üçün öz cinsinizdən qadın yaratdı ki, onlarla aramlıq tapasınız. O sizin aranızda dostluq və mehribanlıq qərar verdi".[1]

Qadın və kişinin bir- birinə olan ehtiyaclarından biri də cinsi əlaqədir. Həmçinin bu ehtiyac İlahinin insanlara bəşs etdiyi nemətlərdən biridir. İslam dini bu həqiqət üçün müəyyən tədbirlər görmüşdür. Yəni belə deyil ki, hamı bu ehtiyaclardan necə gəldi istifadə etsin və ya bunun vasitəsi ilə insanlıq dəyərlərini tapdalasın. Əksinə bu ehtiyacların ödənməsini müəyyən qanun çərçivəsində qərarlaşdırmışdır. İnsan bu qanun çərçivəsində insanın iffətini qoruyub saxlamışdır. Belə ki insan üçün evlənmək qanunlarını vacib etmişdir ki, bütün insanlar bu qanundan bəhrələnməkdədir. Həmçinin insan bu qanunlarla özünü günahdan qoruyub saxlayır.

İslam dini evlənmək qanunlarını olduqca mühüm və mübarək olaraq bizə tapşırmışdır. İslam Peyğəmbəri (s) buyurmuşdur: "Hər kəs ailə qursa öz dininin yarısını qorumuş olar".[2]

İslam alimləri buyurmuşdur: "Ailə qurmaq müstəhəb bir əməldir. Amma bir nəfər evlənməzsə günaha düşərsə ona bu iş vacib olur".[3]

Əlbəttə İslam dini cinsi istəklərin kontrolu üçün yalnız evlənmək məsələsi ilə kifayətlənmir. Əksinə ailə qurmaq imkanı (maddi və sair) olmayan cavanlara da müəyyən məsləhətlər vermişdir. Məsələn: Hər cəhətdən daimi evlənmək imkanı olmayan cavanlara müvəqqəti evlənməyi yəklif edir. Bu yolla bir çox fəsadların qarşısını almış olur.

Əgər bir şəxs daimi və müvəqqəti ailə qura bilməsə aşağıdakı əməlləri yerinə yetirməklə cinsi istəklərinin qarşısını ala bilər.

A). Cinsi əlaqədə olmaq xəyalını zehnindən uzaqlaşdırmaq və bu barədə heç bir mütaliə etməməklə yanaşı Allahı zikr etmək:

B). Naməhrəm münasibətlərinə riayət etmək: Bundan əlavə bəzi insanı hərəkətə gətirən amillərdən uzaq olmaq lazımdır məsələn:

1) Naməhrəmə şəhvət gözü ilə baxmamaq

2). Geyimə fikir vermək və modabazlıqdan çəkinmək

3). Naməhrəmlə fiziki əlaqədə olmamaq (görüşmək, əllə zarafat etmək və sair)

4). Naməhrəmlə erotik söhbət etməmək

5). Xoş ətirlərdən istifadə etməmək.

6). Naməhrəmlə tək bir otaqda olmamaq.

S). Eniqmaya qulaq asmamaq və daim zikr etmək. Çünki eniqma və bu qəbildə olan mahnılar və estiradalar insanın şəhvətin hərəkətə gətirir.

C). Şəhvəti daim ağılla kontrol etmək və onun vəsvəsəsini eşitməmək.

V). Daim iffəti və həyanı təbliğ etmək, belə ki, bu fikirdə olmaq insanın şəhvətinin azalmasına çox kömək edir. Qurani kərim buyurmuşdur: "Evlənmək imkanı olmayan şəxslər paklığa və iffətə üstünlük verməlidirlər. Belə olsa, İlahi öz inayəti ilə onlara kömk olar".[4]

Q). Təklikdən qaçmaq və daim insanların yanında olmaq.

Z). Dini mərasimlərdə, namazlarda, əzadarlıqda iştirak etmək.

Qurani- kərim buyurmuşdur: "Namaz insanları pisliklərdən uzaqlaşdırır".[5]

Ş). Din alimləri, tələbələr və möminlərlə həm söhbət olmaq.

H). İşsizlikdən və bekarlıqdan uzaq olmaq.

X) Dini kitablar (xüsusən məad və qiyamət barəsində olan ədəbiyyatlar) oxumaq. Əlbəttə bütün bu qeyd etdiklərimiz Allahın köməkliyi ilə ailə qurmaq astanasına çatmaq üçün vasitədir.



[1] - Rum surəsi, ayə 22.

[2] - Vəsailüş- şiə, cild 14, səh 5.

[3] - Tozihul- məsail mərace, cild 2, səh 449.

[4] - Nur surəsi, ayə 4.

«وَ لْیَسْتَعْفِفِ الَّذینَ لا یَجِدُونَ نِکاحًا حَتّى یُغْنِیَهُمُ اللّهُ مِنْ فَضْلِهِ»

[5] - Ənkəbut surəsi, ayə 54.

«إِنَّ الصَّلاةَ تَنْهى عَنِ الْفَحْشاءِ وَ الْمُنْکَرِ»

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Məntiq baxımından maliki məzhəbində olduğum halda qiyamətdə nicat tapmağımın ehtimalı daha artıq deyildirmi? Çünki mən Əli (əleyhis-salam)-ı sevməkdən əlavə, sair səhabələri də sevirəm, bu halda hər qrup nicat əhli olsa, mən də nicat əhli olacağam.
    5680 Qədim kəlam 2010/11/10
    Məntiq elmi baxımından danılmaz bir məsələdir ki, nicat və səadətə səbəb olan ehtimallara əməl etmək xəta və azğınlıq əmsalını azaldır. Bu prinsip təkcə məntiqdə deyil, həm də fiqhi bəhslərdə özünəməxsus yerə malikdir. O cümlədən “əsalətul-ehtiyat” (ehtiyatın ilkinliyi) prinsipini qeyd etmək olar. Yəni iki iş arasında tərəddüddə ...
  • Bizə qarşı pislik edən yaxınlarla ged- gəlimiz necə olsun?
    6153 Əməli əxlaq 2011/10/06
    Yaxın qohum əqraba ilə ged- gəlin mənası ehsan və lütf ilə əlaqə saxlamaq deməkdir. Hamıya qarşı bir şəri vəzifədir və uzun ömürlük, yaxşı əxlaq, ruzinin çoxalması kimi bir çox yaxşı faydaları və əsərləri vardır. Bütün yaxınlarla (qadın kişi, təqvalı təqvasız, müsəlman kafir, zalim saleh) ged- gəl və əlaqə olmalıdır. Həzrəti ...
  • Nəyə görə İmam Əlinin (əleyhissalam)Nəhcül-Bəlağədəki 31-ci məktubundan vəsiyyətnamə kimi ad aparılır?
    4998 روایات و دعاهای برجای مانده 2015/05/30
    Vəsiyyət kəlməsi ərəb dilindən mənsı " sifariş" kimi mənalanır. İmam Əlinin (əleyhissalam)yazdığı məktub şəri vəsiyyətnamə hesab olunmur. Şəri vəsiyyətnamədə insan öz malına, sərvətinə görə sifarişlər edir ki, onun ölümündən sonra necə rəftar və sərf etsinlər. Bu məktub, zahirdə İmam Həsənə (əleyhissalam)və ya keçən bəhsdə cavabında dediyimiz
  • Allahdan qeyrisindən kömək istəmək tövhid ruhu ilə uyğundurmu?
    14820 Təfsir 2011/11/24
    Əgər Allahdan qeyrisindən – ilahi övliyalardan kömək istəmək hacəti rəva qılmaqda o böyük şəxsiyyətlərin və ilahi övliyaların birbaşa təsirli olmasına və Allaha ehtiyaclı olmamasına etiqad əsasında olsa, bu, tam mənada şirk, tövhidlə zidd əqidədir və bu iş caiz deyildir. Lakin əgər bu böyük şəxsiyyətlərin insanın hacətini Allahın ...
  • “Ğəraniq” əfsanəsi nədir?
    6671 Təfsir 2011/09/12
    “Ğəraniq” əfsanəsi islamın inadkar düşmənlərinin və xəbərsiz müxaliflərinin quraşdırdığı bir əfsanədir. Onlar Quran və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mövqeyini zəiflətmək üçün belə bir əsassız hədisi quraşdırmışlar. Bu əfsanədə deyilir ki, Allahın Peyğəmbəri Məkkədə “Nəcm” surəsini oxumağa məşğul idi. Müşriklərin bütlərinin adı zikr olunan ayələrə أفَرَءَیْتُمُ اللَّاتَ وَ الْعُزَّى‏ وَ ...
  • Hansı şeylər namazı batil edir?
    15599 Nizamlar hüquq və əhkam 2012/02/12
    12 şey namazı batil edir ki, onlara namazın mübtilatı deyirlər.1.             Namazın əsnasında onun şərtlərindən hər hansı birinin pozulması.2.             Namaz əsnasında dəstəmazı və ya qüslü batil edən şeylərin baş verməsi.3.            
  • Hansı aylarda və günlərdə İmam Hüseynin (əleyhissalam) ziyarətinin daha çox savabı var?
    5339 Hədis 2015/05/23
    Dini mənbələrdə Məsum İmamların (əleyhimussalam) xüsusilə də, İmam Hüseynini (əleyhissalam) ziyarətinə çox təkid olunub. Üzürsüz olaraq, bu ziyarətləri tərk edən insanlar rəvayətlərdə daha çox məzəmmət olunub. İmam Hüseynin (əleyhissalam) ziyarəti ilin bütün günündə, hansı gündə olarsa, böyük savabı vardır. İmam Sadiq (əleyhissalam) buyurur: "Yaxşı olar ki, imkanı ...
  • Qeyri müsəlman qadının açıq- saçıq şəkli.
    6657 Nizamlar hüquq və əhkam 2011/10/31
    Naməhrəm qadının şəklinə baxmağın, naməhrəm qadının özünə baxmaqla hökmü ryni deyil. Buna əsasən, əgər baxmaq ləzzət üzündən və günaha düşmək qorxusu olmasa, şəkil də görənin tanıdığı müsəlman qadına aid olmasa, iradı yoxdur. Qeyd etmək lazımdır ki, fiqhi və şərii hökm nəzərindən belə şəkillərə qeyd olunan ...
  • İslam dinini, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sirə və davranışını musiqi və ğina yolu ilə təbliğ edib yaymaq olarmı?
    5381 Nizamlar hüquq və əhkam 2012/09/24
    Ümumi şəkildə islam dininin, xüsusi şəkildə isə Peyğəmbərin (səlləllahu əleyhi və alih) əməl və davranışının təbliği ən mühüm məsələlərdən biridir ki, onun təbliğ və icrası yolunda dərindən diqqət yetirmək lazımdır. Bu işdə aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır: 1. İslam dininin və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və ...
  • Nə üçün "Əhli- beyt" deyəndə bir neçə nəfər nəzərdə tutulur?
    10272 Qədim kəlam 2011/02/14
    "Əhli- beyt" deyəndə, peyğəmbər (s) ailəsindən əsas beş nəfər; həzrət peyğəmbər (s), Əli (ə), Fatimə (s) imam Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulur. Bununla da əsas səbəbi şiə və sünni hədisçiləri tərəfindən nəql olunmuş çox sayda olan hədisıərdir. Həmçinin bu hədis, əhli sünnənin yetmiş və şiənin yetmişdən çox ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162971 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155229 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117857 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109848 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99205 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91433 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53428 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45526 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43840 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43018 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...