Ətraflı axtarış
Baxanların
9244
İnternetə qoyma tarixi: 2012/05/20
Sualın xülasəsi
Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
Sual
Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
Qısa cavab

Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi.

Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər hiss olunan gözəlliklərdəndir. Quranda gözəllikşünaslığın bəzi prinsipləri bunlardır: hədəfli olmaq, tənasüb və müvazinət, nəzmli düzüm, müxtəlif çeşidlilik, rənglərin gözəlliyində müxtəlif eyiblərdən uzaq olmaq. Quranda gözəllikşünaslıq mərifət və varlıq əsaslarına qayıdır və bu, qərb təfəkküründəki gözəllükşünaslıqla kökündən fərqlənir.

Ətreaflı cavab

Qurani-kərim bəşəriyyəti Allaha doğru hidayət etmək üçün Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-ə nazil olan ilahi bir kitabdır. Onun nazil edilməsində əsas məqsəd budur ki, aləmin bütün həqiqətləri onun vasitəsi ilə insanlara bəyan olunsun. Buna görə də Allah-taala buyurur: وَ نَزَّلْنا عَلَيكَ الْكِتاب‏ تِبْياناً لِكُلِّ شَي‏ء “Bu kitabı sənə nazil etdik, halbuki o, hər bir şeyi bəyan edib aydınlaşdırandır.”[1]

Buna əsasən, bəşər təfəkkürünün islahında ümdə rol oynayan məfhumların çoxu Quranda zikr olunmuşdur. Barəsində çoxlu ayələr nazil olan məfhumlardan biri də gözəllik məfhumudur. Aydındır ki, bu barədə dəqiq nəzər və görüş əldə etmək üçün əvvəlcə onun tərifini və hədd-hüdudunu təyin etməli, sonra onun müqəddimə və əsaslarından istifadə etməklə ayələrdə və gözəlliyin nümunələrində dərindən diqqət etməliyik ki, gözəllikşünaslıq barədə görüş və təsəvvür formalaşsın.

Lüğətdə “gözəl” sözünün bir çox mənaları vardır: layiqli, yaxşı mənzərəli və s. Gözəllik isə “gözəl halət və keyfiyyət”, yəni hər hansı bir şeydə paklıq və əzəmətlə yanaşı mövcud olan  nəzm və həmahənglik mənasınadır. Belə ki, bu halət insanın əql, təxəyyül və ali insani meyllərini təhsinə vadar edir, mənəvi ləzzət və ruh yüksəkliyi yaradır.[2]

Termində də gözəllik barəsində müxtəlif təriflər verilmişdir. Bir tərifə görə gözəllik – bizim müəyyən bir istiqamətdəki ləzzətimizi təşkil edən, gözəl düşüncəyə səbəb olan harmonik və həmahənglikdir.[3] Mərhum Əllamə Məhəmməd Təqi Cəfəri buyurur ki, xilqətin hər hansı gözəl bir əsərində diqqət yetirmək insandakı gözəllik axtarmaq hissini təmin etməklə eyni zamanda kamalı əldə etməyə də səbəb olur. O alim gözəlliyi belə tərif edir: “Gözəllik – kamalın üzərinə çəkilmiş şəffaf bir pərdədir. Bu tərifə əsasən, gözəllik insanın gözəllik axtarmaq hissini təmin etməkdən əlavə, onu kamala da çatdıran bir şeydir.”[4]

Gözəlliyin müxtəlif növləri vardır və hər bir məktəb və ideologiya özünün mərifətşünaslıq və varlıqşünaslıq əqidəsi çərçivəsində onu müxtəlif qisimlərə bölmüşdür. Gözəllikşünaslığın ümumi şəkildə dörd növü vardır:

1. Hiss olunan gözəllik: güllər, meşələr, təbii mənzərələr;

2. Hiss olunmayan gözəlliklər: azadlıq, elm və s. şeylərin gözəlliyi;

3. Məqul (əqli) dəyər, hikmət, ədalət, digər ruhi və mənəvi məfhumların gözəlliyi;

4. Əzəli, mütləq camal və gözəllik.[5]

Quran özünün nurani ayələrində gözəllikləri sadalamış və insanları bunların barəsində düşünməyə dəvət etmişdir. Bundan əlavə, gözəllikləri kəsb etməyə dair tövsiyə də etmişdir. Bu gözəlliklər – itər mənəvi olsun, istərsə də hiss olunan və maddi, Quran ayələrində təkcə məcazi gözəlliklər bəyan olunmur; üstəlik gözəllikləri əldə etməyi bəşərin ruhi ehtiyacı ünvanı ilə bəyənilən və tələb olunan bir iş hesab edir:[6]

“O (Allah) həmin şəxsdir ki, dəryanı sizin üçün müsəxxər (ram) etdi ki, ondan təzə ət (balıq) yeyəsiniz, ondan zinətlənmək üçün (mirvari kimi) bəzək əşyaları çıxarısınız.”[7]

Quran ayələri özünün misilsiz bəlağəti və söz ustalığı ilə əsrarəngiz sirlərdən biri kimi gözəllikşünaslıq barədə dərindən fikirləşməyə təşviq edir.[8] Deməli, Quranın özü bütünlükdə gözəlliklərin təzahürüdür, onda gözəl nişanələr və gözəllik mərifəti mövcuddur. Bu ayələr isbat edir ki, Allah-taala bütün gözəlliklərin mənşəyidir və yaradılış aləmini və onun gözəl nemətlərini yalnız O xəlq etmişdir.

Quran ayələrində gözəllik üçün çoxlu kəlmələr və məfhumlar işlədilmişdir ki, bir bölgüyə əsasən, aşağıdakılardan ibarətdir:

1. Camal (çox gözəllik), hüsn (ruh yüksəkliyi, şadlıq gətirən, ürək oxşayan), zinət (hər hansı bir şeyə əlavə edilən gözəl iş). Bu üç kəlmə gözəlliyin əsas mehvəridir.

2. Hülyə (bəzək), bəhcət (gözəllik, şad və xürrəm olmaq), züxrüf (zinət, xoş mənzərəli zər-bərqli) və təsvil (o şey ki, nəfs onunla zinətlənməyə müştaqdır və çirkini gözəl cilvələndirmək istəyir).

3. Bəzi alimlərin təfsirlərinə əsasən, gözəllik hövzəsində qərarlaşan kəlmələr: hübük (gözəllik) və təbərrüc (zinətləndirmək).

4. Gözəlliyin bəzi ünsür və xüsusiyyətlərini bəyan edən kəlmələr: nur, lovn, qədr.

 

Quranda gözəllikşünaslıq məsələləri

Qurani-kərim özünün ali hədəfləri istiqamətində varlıq aləmindəki gözəlliklərdən bəzilərini, əxlaqi və mənəvi gözəlliklərdən cüzi bir hissəsini və axirət aləminin gözəlliklərindən bir qismini göstərmişdir ki, aşağıda onları bəyan edirik:

a) İnsanın gözəlliyi.

Quran insanın inkişaf mərhələlərini bəyan edir, onun normal və müvazinətli xilqətinə təkid edərək buyurur: “Biz insanı ən gözəl surətdə və biçimdə xəlq etdik.”[9] İnsanı belə bir gözəllikdə yaratdıqdan sonra Allah Özünə “əhsən” deyərək buyurur: “Xəlq edənlərin ən yaxşısı olan Allah uludur!”[10]

Doğrusu, insan orqanizminin mütənasib və müvazinətli olması, hər bir üzvün özünəməxsus yerdə qərarlaşması, dəqiq, hesab-kitab üzündən və gözəl tənzimi bütün mütəfəkkirləri əbədiyyətə qədər heyrətə salmışdır. Bu gözəllik təkcə insanın zahirinə deyil, mənəvi və batini yönünə də şamildir və onu kamalın, səadətin ən yüksək dərəcələrinə çatdıra bilər.

b) Təbiətdəki gözəlliklər

Hər insan hansı əqidədə olursa-olsun, təbii mənzərələrə tamaşa edərkən onun gözəlliklərindən vəcdə gəlir, bu tamaşa onun ruhuna yeni təravət bağışlayır; böyük və möhtəşəm dağların göylərə baş çəkməsi, göz yaşı kimi dumduru çayların axması, Günəşin bir yerdən çıxıb başqa bir yerdə qürub etməsi, ildırım, şimşək və s. hamısı insanı heyrətə salan gözəlliklərdəndir. Quran bu gözəllikləri həm cansız, həm də canlı təbiət şəkilində qələmə vermiş və gözəllikşünaslıqdan digər üfüqləri vücuda gətirmişdir.

Təbiətlə əlaqədar olan ayələri “təbii ayələr” adlandırırlar. Müfəssirlər bu barədə 750 ayə qeyd etmişlər. Bunların özünün də asimanların və digər varlıqların gözəlliyinin vəsfinə şamil olan  müxtəlif bölgüləri vardır. Burada bir neçə ayəni qeyd edirik:

1. “Məgər onlar başları üzərində olan asimanlara baxmırlarmı ki, onları necə bina etmişik və onları (ulduzların vasitəsi ilə) necə zinətləndirmişik?! Onlarda heç bir pozuntu yoxdur.”[11]

2. “Biz yaxın (aşağı) asimanları ulduzlarla zinətləndirdik.”[12]

3. “Aşağı asimanları çıraqban şeylərlə (ulduzlarla ) zinətləndirdik.”[13]

4. “Biz asimanda bir dünya qərar verdik və onları ulduzlarla zinətləndirmişik.”[14]

Bunun oxşarlarını aşağıdakı ayələrdə də görmək olar: “Züha” 1, “Müddəssir” 34, “Kəhf” 86, “Nəml” 60, “Həcc” 5, “Qaf” 7-11

v) Əxlaqi və mənəvi gözəllik

İslamdakı gözəllikşünaslıq əsasları ilə qərbin humanizm məktəblərindəki gözəllikşünaslıq əsasları arasında ümdə fərq budur ki, islamda gözəlliyin hüdudları təbii və hiss olunanlardan daha genişdir və əxlaqi-mənəvi gözəlliklərə də şamildir. Quran buyurur: “Allah imanı sizə sevimli etdi və onu qəlblərinizdə zinətli və gözəl etdi.”[15]

Səbir və güzəşti müəyyən qədər gözəl olan rəftarlar cərgəsində irəli çəkilir: “Belə isə, gözəl səbri özünə peşə et!”[16]

Gözəl güzəştə getmək: “Belə isə, onlardan gözəl və layiqli şəkildə güzəştə get!”[17]

Gözəl talaq: “Ey Peyğəmbər! Həyat yoldaşlarına de: Əgər siz dünya həyatını və onun bərbəzəklərini istəyirsinizsə, gəlin sizə bir hədiyyə verim və sizi gözəl şəkildə boşayım.”[18]

Quranda bu barədə çoxlu ayələr zikr olunmuşdur, o cümlədən: “Müzzəmmil” 73 və “Əhzab” 43.

Quranda gözəlliyin əsasları

Qurani-Kərimə dərindən nəzər salmaqla gözəllik üçün hiss olunan təbiət aləmində ilahi yaradılış xüsusiyyətlərindən hesab olunan müxtəlif nişanələr əldə etmək olar, o cümlədən:

1. Hədəf əsasında olmaq.

Quranda gözəllikşünaslığın mühüm əsaslarından biri hədəfli olmağa təkiddir. Çünki Quranın əsas hədəfi – dinləyicilərin hidayəti və onların ilahi-mənəvi peyğamlara ürək bağlamasıdır. Hədəfliliyi və gözəlliyi məhdud maddi və incəsənət qalibində tərif etmək olmaz. Nümunə üçün, Quran əhvalatları barəsində incəsənət yönündən söhbət açılan və bu əhvalatları qabarıq və gözəl şəkildə cilvələndirən zaman məqsəd əhvalat söyləməkdə, o mövzunun ədəbi sənətkarlığında olan gözəllikşünaslıq deyildir; əksinə, onun zikrində əsas hədəf insanın hidayəti, eləcə də Allahın sonsuz qüdrət və bacarığına təkiddir.[19]

2. Tənasüb və müvazinət

Yaradılış sistemi çox dəqiq həndəsi və məntiqi əsasda qurulmuşdur. Bu məsələni aşağıdakı ayələrdə görmək olar: “Əlbəttə, hər bir şeyi müəyyən ölçüdə yaratdıq”[20]; ”Hər bir şey Onun yanında müəyyən miqdara malikdir”[21]; “Və O, hər bir şeyi yaratdı və dəqiq şəkildə ölçüyə saldı”[22]; “Allah hər şey üçün müəyyən bir ölçü qərar vermişdir.”[23]; “O Allah ki, yaratdı və tənzim etdi, həmin kəs ki, (dəqiq) ölçüdə qərar verdi və hidayət etdi.”[24]

3. Gözəl biçim və nizam-intizam əsasındakı düzüm

Allahın ən mühüm nişanələrindən biri bütün aləmin nəzm və tərtib əsasında düzümüdür. Belə ki, bu məsələ Quranda müxtəlif şəkillərdə zikr olunmuşdur: “Yeri döşədik, onda sabit dağlar qoyduq və onda hər bir növdən normal bitkilər cücərtdik.”[25] “Halbuki, bir-birinin yanında düzülmüş taxtlara söykənərlər”,[26] “Cərgə ilə düzülmüş balış və yastıqlar”[27]Behiştdə çoxlu otaqlar vardır, onların üstündə başqa otaqlar da bina olunmuşdur və onların altından çaylar axır.”[28]

4. Çeşidlilik

Varlıq aləminə hakim olan vəhdətlə eyni zamanda cansızlar, bitkilər, heyvanlar və insanlara müxtəlif və heyrətəngiz çeşidlilik də hakimdir: “Yer üzündə bir-biri ilə fərqli olan müxtəlif sahələr bir-birinin yanında qərarlaşır, (həm də) üzüm, əkin və xurma bağları (müxtəlif meyvə ağacları), bəzən bir kök üstündə, bəzən də iki kök üstündə bitir. (Bundan qəribəsi budur ki,) onların hamısı bir sudan su içsə də, onların bəzisini – bar və müyvə baxımından – digərindən üstün edərik. Bunlarda əql qüvvələrini işlədən insanlar üçün (Allahın qüdrətinə dair çoxlu) nişanələr vardır.”[29]

5. Rənglərin müxtəlifliyi və gözəlliyi

Quran ayələrindən bəziləri də müxtəlif rənglərə işarə edir və yaşıl rəngi nemət, xürrəm və behişt rəngi kimi təqdim edərək buyurur: “Onların (behişt əhlinin) əynində yaşıl rəngli nazik ipəkdən, qalın dibadan libaslar və (qollarında) gümüşlə bəzədilmiş bilərziklər vardır.”[30]

Sarı rəng şadlıq gətirən bir rəng kimi bəyan olunur: “Sarı rəngli bir inək olsun ki, onun rəngi tamaşaçıları sevindirsin və şad etsin.”

Rənglərin nümunə və növlərini “Nəhl” 13, “Fatir” 27-28, “Zümər”, 21 kimi ayələrdə görmək olar.

6. Eyiblərdən paklıq

Eyiblərdən paklıq ilahi xilqət nişanələrindən digər biridir. “Mülk” surəsində asimanın gözəlliklərini bəyan edərkən buyurur: “Həmin kəs ki, yeddi asimanı bir-birinin üstündə yaratdı. Rəhman Allahın xəlq etdiyi şeylərdə heç bir təzad və eyib görməzsən. Bir daha nəzər sal: hər hansı bir yarıq və xələl görə bilərsənmi?!”[31]

Eyiblərdən paklığa digər ayələrdə də təkid olunmuşdur.[32]

 


[1] “Nəhl” surəsi, ayə: 89

[2] Müin, Məhəmməd, “Fars lüğəti”, Tehran, “Əmir Kəbir” nəşriyyatı, 1360-cı şəmsi il

[3] Xərqani, Həsən, “Quranda gözəllikşünaslıq məfhumları”, “İslami tədqiqat” jurnalı, səh. 11 1387-ci il, nömrə 80

[4] Cəfəri, Məhəmməd Təqi, “İslam nəzərindən gözəllik və incəsənət”, səh. 174, “Əllamə Cəfərinin əsərlərinin tənzimi” müəssisəsi, Tehran, 1385-ci şəmsi il

[5] Yenə orada, səh. 162-163

[6] Yenə orada, səh. 133-136, “İslami maarif nazirliyinin çapxanası”, bi. ta

[7] “Nəhl” surəsi, ayə: 14

[8] Fəzilət, Mahmud, “Quranın gözəllikşünaslığı”, səh. 22, 2-ci çap, “Semət” nəşriyyatı, Tehran, 1387-ci il

[9] “Tin” surəsi, ayə: 4

[10] “Muminun” surəsi, ayə: 14

[11] “Qaf” surəsi, ayə: 6

[12] “Saffat” surəsi, ayə: 6

[13] “Fussilət” surəsi, ayə: 12

[14] “Hicr” surəsi, ayə: 16

[15] “Hucurat” surəsi, ayə: 7

[16] “Məaric” surəsi, ayə: 5

[17] “Hicr” surəsi, ayə: 85

[18] “Əhzab” surəsi, ayə: 28

[19] Əyazi, Seyid Məhəmməd Əli, “Qurani-kərimin gözəllikşünaslıq əsasları”, “Tibyan” saytı

[20] “Qəmər” surəsi, ayə: 49

[21] “Rəd” surəsi, ayə: 8

[22] “Furqan” surəsi, ayə: 2

[23] “Təlaq” surəsi, ayə: 2

[24] “Əla” surəsi, ayə: 2-3

[25] “Hicr” surəsi, ayə: 19

[26] “Tur” surəsi, ayə: 20

[27] “Ğaşiyə” surəsi, ayə: 15

[28] “Zümər” surəsi, ayə: 20

[29] “Rəd” surəsi, ayə: 4

[30] “İnsan” surəsi, ayə: 21

[31] “Mülk” surəsi, ayə: 3

[32] Əlavə məlumat üçün bax: Həsən Xərqani, “Quranda gözəllikşünaslıq məfhumları,” “İslami tədqiqat” jurnalı, 1387-ci il, nömrə 80, səh. 11; Məhdi Müti, “Quranda gözəllikşünaslığın əsasları”, Həsən Bəlxari, “Quranda gözəllikşünaslıq nəzəriyyəsinin əsasları”, “Hünər” jurnalı, 1385-ci il, nömrə 70, səh. 164-171

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əli (ə) hansı xütbədə, özündən qabaq üç xəlifənin xilafətə (xəlifəliyə) yetişməsi keyfiyyətini izah edir?
    9224 Hədis elmləri 2012/01/09
    Əli (ə) Nəhcül- bəlağənin üçüncü xütbəsində özündən qabaq üç xəlifənin xilafətə yetişməsi keyfiyyəti barədə söz açır və o həzrətin (ə) (xütbənin sonunda) buyurduqlarından istifadə etməklə bu xütbə, "şiqşiqiyyə" adı ilə tanınıbdır.Şiqşiqiyyə xütbəsi, xilafət barəsində imam Əlinin (ə) şikayətlərinə, onun (xilafətin) əldən getməsi qarşılğında İmamın (ə) səbrinə və sonda camaatın ...
  • İdmanda əxlaqın yeri necədir?
    7333 Əməli əxlaq 2012/01/12
    İslam dini həmişə kamil və dünyəvi din olaraqbir sağlam həyatın bütün hissələrini fikirləşir və dünya – axirət səadətinə qovuşan bütün uolları saymışdır. İslam nəzərində cismi sağlamlığın dəyəri heç kəsə gizli deyil. Təbii olaraq insanın sağlamlığında xeyirli olan idmanlar İslam dinində də təyid olunur. O şeylər ki ümumi əxlaqda var və ...
  • Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
    11341 Əhkam və hüquq fəlsəfəsi 2011/09/11
    İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. ...
  • Нәјә ҝөрә Ислам һөкумәти фәгиһләрин васитәси илә идарә олунмалыдыр?
    5932 Təzə kəlam 2012/05/20
    Ислам дини бүтүн динләрин сонунҹусу олуб, хүсуси ганунлары, әһкамлары, ҝөстәришләри вә әбәдијјәт ҹәһәти вардыр. Илк ҝүндән бүтүн мүшкүлләрин ҹавабыны вердији кими, тарих боју гаршыја чыхан суаллара да ҹаваблар вермәлидир. Башга тәрәфдән, һәр ҝүн дүнјада елә мүшкүл, шәраит вә суаллар гаршыја чыхыр ки, әввәлкиләрдән чох фәргләнир.
  • Övladın dünyaya gəlişindən əvvəl valideynlərin riayət etməli olduqları şeylər hansılardır?
    12781 Nizamlar hüquq və əhkam 2011/09/12
    Övladın dünyaya gəlişindən əvvəl ata-ananın riayət etməli olduğu əməllərin bəzisi aşağıdakılardan ibarətdir:Dinin vacib əməllərini yerinə yetirmək, ailə münasibətlərinə riayət etmək, halal, pak-pakizə yeməklər və müxtəlif çeşidli meyvələr yemək, genetik analizlər vermək və yoxlanışdan keçmək, ruhi yorğunluq və sarsıntıların qarşısını almaq, gözəl təbii mənzərələrə tamaşa etmək, fiziki gigiyena qaydalarına riayət ...
  • Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
    8618 شهادت زهرا س و مرقد ایشان 2013/12/16
    Şiə məzhəbinin böyük bir hissəsi bunu qəbul edir ki, Həzrət Fatiməyi Zəhra (s) şəhadətindən əvvəl hamilə olmuş və Möhsün adlı övladı O həzrətin evinə hücum olunan hadisə səbəbindən siqt olmuşdur. O cümlədən bəzi Əhli Sünnət mənbələrində də həzrət Möhsünün şəhadətinə işarə olunmuşdur.[1] Lakin şeyx ...
  • Lütfən, şiə təfəkkürünün əsaslarını izah və onun xüsusiyyətlərini bəyan edin!
    8926 Qədim kəlam 2011/04/16
    Бу суалын изаһлы ҹавабы јохдур. ...
  • İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində məlumat verin.
    16426 تاريخ بزرگان 2012/06/23
    İmam Kazim (əleyhis-salam)-ın özünün, övladlarının və s... həyatını bəyan etmək üçün bir neçə cildlik kitab yazmaq lazımdır. O həzrətin həyatı barəsində çoxlu kitablar yazılmışdır. Misal üçün: Seyid Hüseyn Əbu Səidə Musəvinin əsəri olan “Məşcərul-vafi” kitabına müraciət etmək olar. O, üç cilddə və musəvilər silsiləsinin bəyanında qələmə alınmışdır.
  • Heyvanlar və bitkilər Allahı necə zikr edirlər?
    10122 Qədim kəlam 2012/10/01
    İnsan elmi təbiətdə olan varlıqlara qarşı məhdud və həddindən artıq azdır. Amma təbiətdə olan varlıqlar Allahı necə zikr edirlər, bu mövzulardan biridir ki, onun necə olmasına bəşər elm və yol tapmamışdır. Bir çox ayə və rəvayətlərdə bəyan olmuşdur ki, həyatda olan hər bir şey Allahı zikr edir. Bu ...
  • Seyid Haşim Həddad və onun şagirdləri barəsində bir qədər məlumat verin.
    8729 Dahilərin sirəsi 2011/11/24
    İlahi arif mərhum Haşim Musəvi Həddad müqəddəs Kərbəla şəhərinin əhalisindən idi. O, 1286-cı hicri-qəməri ilində həmin şəhərdə dünyaya gəlmiş və 86 yaşında Allahın rəhmət dərgahına qovuşmuşdur. O, müqəddəs Nəcəf şəhərində rəbbani arif Seyid Mirzə Əli Ağa Qazi ilə tanış olmuş və təqribən 26 il onun ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163060 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155554 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117965 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110041 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99678 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91577 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53518 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45881 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43958 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43165 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...