Ətraflı axtarış
Baxanların
6396
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Şiələrin əqidəsinə əsasən, İmam Zaman (əleyhis-salam) uşaqlıq çağlarında imamətə çatmışdır. Belə bir şey mümkündürmü və uşaqlıq çağlarında imamətin əsasını necə izah etmək olar?
Sual
Şiələrin əqidəsinə əsasən, İmam Zaman (əleyhis-salam) uşaqlıq çağlarında imamətə çatmışdır. Belə bir şey mümkündürmü və uşaqlıq çağlarında imamətin əsasını necə izah etmək olar?
Qısa cavab

Şiə məzhəbinin çoxlu hədislərindən və Nəbəvi rəvayətlərindən əxz olunan zəruri əqidələrinə əsasən, imamət Allah tərəfindən təyin olunan bir məqamdır. Buna görə də bir şəxsin Allah tərəfindən bu məqama təyin olunması aşkar olarsa, müsəlman bir şəxs etiraz etmədən və heç bir qeyd-şərt olmadan – təəbbüd üzündən onun əmr və fərmanlarına itaət və vilayətini qəbul etməlidir. Çünki hikmət sahibi olan “Allah risalət və imaməti kimə verdiyini daha yaxşı bilir.”[i] Bir şəxsin Allah tərəfindən bu məqama təyin olunması müxtəlif yollarla məlum olur:

1. Nəbəvi (Peyğəmbərə mənsub) rəvayətlərlən məlum olması;

2. Onun imamlar, xüsusilə əvvəlki İmam tərəfindən təqdim və təyin olunması;

3. İmamətin sair şərtlərinə malik olmaq, o cümlədən Allah tərəfindən verilən elm, zəmanəsinin əhalisinin hamısından elmli olması, ismət (günah və xətadan uzaq), sağlamlıq, cismi, ruhi və mənəvi normallıq, möcüzə göstərib qeyri-adi işlər təqdim etməsi.

Kiçik yaşlı imamlarla müasir olan şiələr İmam Cavad (əleyhis-salam)-ın səkkiz yaşında, İmam Hadi (əleyhis-salam)-ın doqquz yaşında və İmam Zaman (əleyhis-salam)-ın beş yaşında imamətə çatmasından qafil deyildilər. Onlar çoxlu tədqiqat aparıb araşdırdıqdan sonra tam yəqinlə onun imamətinə iman gətirib vilayətini qəbul etmişdilər. Sonrakı nəsillər də tarixi sənədlərə əsasən onun barəsinə tədqiqat aparıb nəql olunan rəvayətlərə etimad etmişlər.

Digər tərəfdən, imamət məqamı və imamların ilahi-qeybi (Allah tərəfindən) dəstəklənməsi, bu böyük şəxsiyyətli insanlar tərəfindən xariqüladə işlərin göstərilməsi onların adi şəxslərlə müqayisə olunmasını qeyri-mümkün edir. Bundan əlavə, Qurana inanclı olan bir müsəlman üçün Allahın hikmət, elm və mərhəmətindən irəli gələn ilahi bir məqamın (imamətin) kiçik yaşlı insana verilməsi təəccüblü bir iş sayılmamalıdır. Çünki həzrət İsa, Yəhya və Süleyman (əleyhimus-salam)-ın nübüvvəti də kiçik yaşlarında baş vermişdi. Buna görə Qurandakı bu məsələlər imamların vasitəsi ilə istinad yeri qərar verilmişdir.



[i] “Ənam” surəsi, 123

Ətreaflı cavab

Şiə nəzərindən imamət – Allah vəlisinin vilayətinin sair insanlara tətbiq edilməsidir.[1] Başqa sözlə desək, imamət İlahi bir məqamdır ki, camaatın din və dünya işlərini idarə etmək, onları səadət qüllələrinə və insaniyyət zirvələrinə hidayət etmək məqsədi güdür. Buna görə də İmam camaat tərəfindən seçilə bilməz. Çünki Allah tərəfindən verilən elm və ismət batini bir məqamdır ki, Allahdan başqa heç kəs ondan agah deyildir. Bu iki məsələ bir şəxsin Allah vəlisi olmasının ən mühüm tələbləridir.

Allahın vilayətini qəbul edən tövhidçi bir insan Onun əmr və nəhylərini hər bir cəhətdə qəbul edir. Deməli, vilayətin qəbul edilməsi barəsində, o, Allahın müqəddəs zatı tərəfindən təyin olunan valilərin əmrinə də tamamilə müti olub itaət etməli, onları başqa insanlarla müqayisə etməkdən, onların əmr və fərmanları qarşısında etirazdan çəkinməlidir. Allah tərəfindən vali və İmam ünvanı ilə təyin olunan şəxsləri tanımaq üçün bir neçə yol mövcuddur:

a) Onların tutduğu yol, üslub, rəftar və davranışların tədqiq edilməsi;

b) Əvvəlki imamların tərəfindən sonrakı İmam barəsində təqdim olunan xüsusiyyətlərə və əlamətlərə müraciət edilməsi;

v) Möcüzəli işin istənilməsi, imamətin şərait və tələblərinin varlığı barəsində tədqiq edilməsi. Onların tarix və sirələrinə (həyat tərzinə) müraciət etməklə davranış, rəftar və əməlləri barəsində dəqiq məlumat əldə etmək olar. Rəvayət mənbələrində Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan rəvayətləri əldə etmək və sonra hər imamdan nəql olunan rəvayətə əsasən, ondan sonrakı İmamı tanımaq olar. Məsum imamlar öz həyatlarında və hətta şəhadətlərindən sonra belə, hər bir zamanda müxtəlif möcüzələr sahibi olmuşlar. Bu xariqüladə işlər onlara təvəssül edənlər üçün o qədər baş vermişdir ki, sayılmaqla qurtara bilməz. Bunun həqiqət axtaran hər bir şəxs üçün sınaqdan keçirilməsi mümkündür.

Belə nəticə alırıq ki, imamət məqamının ayırd edilməsində hansısa yaş həddində olmaq şərt deyildir. Bu məqam üçün ruhi, elmi və təfəkkür cəhətdən həddi-buluğa çatmaq Allah tərəfindən – təvəllüdlərinin əvvəlindən – onlara əta olunur. Bu məsələnin özü də onların imamətlərinə xələl yetirmir, üstəlik xariqüladə işlərdən biri olub, onların imamətlərini sübuta yetirir.

Aydındır ki, dar dünya görüşdə və zahiri gözlərdə böyük şəxsiyyətlərin, alimlərin, qocaların, cavanların və s. yaşı az olan bir şəxsin vilayətinə etiqad bəsləyib, onun imamətinə boyun əymələri bir qədər ağır nəzərə çarpır. Bu vilayətin adi insanlar üçün qəbul olunması yaş cəhətindən müəyyən dövrü keçən digər övliyaların qəbul edilməsi qədər rahatlıqla və eyni səviyyədə olmayacaqdır. Azyaşlı imamların müasirləri də – İmam Cavad (əleyhis-salam) səkkiz yaşında, İmam Hadi (əleyhis-salam) doqquz yaşında və İmam Məhdi (əleyhis-salam) beş yaşında imamət məqamına çatmışdır – bu məsələdən müstəsna olmamış, həmin sualları və onların oxşarını İmam Riza (əleyhis-salam)-dan soruşmuş və izah istəmişlər. Nümunə üçün, aşağıdakı hədisləri qeyd edirik:

Həsən ibni Cəhim belə rəvayət edir: Mən İmam Riza (əleyhis-salam)-ın hüzurunda idim. Uşaqlıq yaşlarında olan İmam Cavad (əleyhis-salam) da o həzrətin hüzurunda idi. Uzun-uzadı söhbətlərdən sonra İmam Riza (əleyhis-salam) mənə buyurdu: “Ey Həsən! Əgər mən “bu uşaq sənin İmamın olacaqdır!” - desəm, nə edəcəksən?!”

Dedim: “Sizə fəda olum! Nə buyursanız, onu da deyəcəyəm!”

İmam (əleyhis-salam) buyurdu: “Düz deyirsən!”

Sonra İmam Cavad (əleyhis-salam)-ın çiynini açıb barmağa oxşayan bir rəmzi mənə göstərdi və buyurdu: “Bu rəmzin oxşarı İmam Musa ibni Cəfərin həmin yerində var idi.”

Həmçinin, Məhmudi rəvayət edir ki, Tusda İmam Riza (əleyhis-salam)-ın hüzurunda idim. O həzrətin dostlarından biri dedi: “Əgər həzrət üçün bir hadisə baş versə, ondan sonrakı İmam – Allahın seçdiyi şəxs kim olacaqdır?”

Bu zaman İmam (əleyhis-salam) üzünü ona çevirib buyurdu: “Məndən sonra gərək imamət məsələsində oğlum Cavada müraciət edəsiniz.”

O dedi: “Axı Cavadın yaşı azdır?!”

İmam Riza (əleyhis-salam) buyurdu: “Allah həzrət İsa ibni Məryəmi peyğəmbərlik məqamına seçmişdi, halbuki onun yaşı Cavadın yaşından az idi.”[2]

Lakin İmam Riza (əleyhis-salam)-ın şiələrindən bəziləri nigarançılıq hissi keçirir, bu kimi aşkar bəyanlara baxmayaraq, ondan sonrakı İmamın kim olması barəsində tədqiqat aparırdılar. Buna görə də onların bəziləri İmam Riza (əleyhis-salam)-ın qardaşı Əbdüllah ibni Musanın ardınca getdilər. Lakin dəlil olmadan bir kəsin imamətini qəbul etmədikləri üçün ona müəyyən suallar verdilər, lakin o, həmin suallara cavab verə bilmədiyi üçün ondan ayrıldılar.[3]

Çünki əhəmiyyət daşıyan məsələ bu ilahi yönün – elm və bilikdə imamlarda olan cəhətin aşkar olması idi. Buna görə də onlar bütün imamlar barəsində bu məsələyə riayət etmiş, onlara müxtəlif suallar vermişlər. Yalnız bu suallara düzgün və qaneedici cavablar verdikləri zaman (imamətlərinə dair aşkar buyruğun varlığından əlavə) şiələr tərəfindən məsum İmam kimi tanınır və qəbul edilirdi.[4] Azyaşlı imamlar da bu məsələdən müstəsna deyildilər. Şiələrin böyük alimləri onlar barədə tədqiq edir, onların elmi qüdrəti, möcüzəli işlər göstərməsinə dair yəqinə çatırdılar.

Digər tərəfdən, imamların düşmənləri daim o cənabları siyasi səhnələrdən kənarlaşdırmağa və şiələri onların ətrafından dağıtmağa çalışırdılar. Onlar gecə-gündüz məkrli tədbirlər tökür və elmi yığıncaqlar təşkil etmək və s. yollarla bu böyük şəxsiyyətlərin azyaşlı olmasını bəhanə gətirir və onları ictimai səhnələrdən tamamilə uzaqlaşdırmaq istəyirdilər. Lakin nə qədər çalışsalar da, axıra rüsvay olurdular və imamların öz müasirləri olan alimlərin hamısından üstün və bilikli olmaları sübuta yetirdi.[5]

Yuxarıda qeyd olunanlardan əlavə, Quran və peyğəmbərlərin həyatı ilə tanış olanlar bilirlər ki, bir neçə peyğəmbər az yaşlarında nübüvvət və risalət məqamına, hətta imamət (rəhbərlik) məqamına belə çatmışlar. O cümlədən İsa (əleyhis-salam),[6] Yəhya (əleyhis-salam)[7] və s. Halbuki, peyğəmbərlərin əksəriyyəti 40 yaşında və ya bundan artıq yaşlarda nübüvvət və peyğəmbərlik məqamına seçilirdilər.

Deməli, bu məsələni Allahın elm və hikməti ilə əlaqələndirmək, eləcə də İmamın kim olmasını ayırd etmək məqamında mövcud dəlil-sübutlara müraciət etmək lazımdır. Belə ki, buyurur: “De: Ey Pərvərdigarım! Sən asimanların və yerin hakimiyyətinin malikisən, mülkü (səltənəti) istədiyin şəxsə verir, istədiyindən də alırsan; istədiyin adamı izzətli və istədiyini də zəlil edirsən. Xeyrin hamısı Sənin əlindədir. Səndən baş verən işlər xeyirdən başqa bir şey deyildir.”[8]

Allah-taala Bəni-İsrailin şübhələrinə və onun cavabını belə bəyan edir: “Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizin üçün rəhbər seçmişdir.” Dedilər: “Necə ola bilər ki, o bizə hakimlik etsin?! Halbuki biz bu məqama (rəhbərliyə) ondan daha layiqik və onun çoxlu mal-dövləti yoxdur.” Peyğəmbər dedi: “Allah onu sizin üçün rəhbər seçmiş, onun elm və (cismi) qüdrətini yüksəltmişdir. Allah Öz mülkünü (sərkərdəlik və rəhbərliyi) istədiyi şəxsə verir. Allahın (ehsanı) vüsətlidir və O, (insanların mənsəblərə ləyaqət və bacarıqlarına) agahdır. Peyğəmbər onlara dedi: Onun hökumətinin nişanələri budur ki, Əhd sandığı sizə tərəf gələcəkdir. (Elə bir sandıq ki,) Pərvərdigarınız tərəfindən aramlıq, Harun və Musa xanədanının yadigarları ondadır və iki mələk onu daşıyır. Bu məsələdə sizin üçün (aydın) nişanələr var – əgər imanınız vardırsa.”[9]

Buna əsasən İmam Zaman (əleyhis-salam)-ın uşaqlıq çağlarında imamətə yetişməsində adi və əqli cəhətdən heç bir qəribəlik yoxdur.

Əlavə məlumat üçün mənbələr:

1. Fazil, Cavad, “On dörd məsum”

2. Pişvayi, Məhdi, “İmamların həyatı”, səh. 531-555

3. Nəcəfi, Məhəmməd Cavad, “Setareqani derəxşan”, 11-ci cild, səh. 22-25, 14-cü cild, səh. 67-69

4. İslam maarifi yazıçılarından bir qrupu, 2-ci cild, (Rəhbərin ali məktəblərdəki qurumunun nəşri), səh. 120 və 224



[1] Bax: Görünüş: “Vilayətin mənası”, sual: 128

[2] Nəcəfi, Məhəmməd Cavad, “Setareqani derəxşan”, 11-ci cild, İmam Məhəmməd Təqi (əleyhis-salam)-ın həyatı, səh. 24-25

[3] Cəfəryan, Rəsul, “Həyati fikri və siyasiye İmamani şiə”, səh. 473

[4] Yenə orada, səh. 474

[5] Şeyx Abbas Qummi, “Müntəhəl-amal”, səh. 943-955; habelə bax: Amili, Cəfər Mürtəza, Hüseyninin tərcüməsi, Seyid Məhəmməd, İmam Cavad (əleyhis-salam)-ın siyasi həyatı, səh. 68-109

[6] “Məryəm” surəsi, 26, 34

[7] “Məryəm” surəsi, 12-15

[8] “Ali-İmran” surəsi, 26

[9] “Bəqərə” surəsi, 247-248

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəbiristanlıqda məscid tikmək olarmı?
    5037 Nizamlar hüquq və əhkam 2012/04/09
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər sözügedən qəbiristanlıq vəqf ərazisi və bir kəsin xüsusi mülkü deyilsə, habelə müxtəlif əlamətdar hadisələrdə əhalinin istifadə etdiyi və ehtiyac duyduğu ümumi məkanlardan olmasa, eləcə də orada məscid tikmək müsəlmanların qəbirlərinə qarşı hörmətsizliyə və ya qəbirlərin açılmasına səbəb olmasa, ...
  • Çox danışmağı müalicə etmək üçün hansı yollar vardır?
    10103 Nəzəri əxlaq 2012/01/19
    Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqələrin inkişaf etdirilməsi üçün gözəl bir vasitədir. Amma bunun çoxlu bəlaları da vardır ki, sonsuz günahların mənşəyi ola bilər. Buna görə də insan dilini nəzarət altına almaq və ondan yerində istifadə etmək üçün gərək hər gün sübh ...
  • Təvəssül, yolunu azmaya səbəb olar? Ümumiyyətlə təvəssül üçün dəlil varmımızdır?
    7822 Qədim kəlam 2012/04/18
    Təvəssülün yolunu azmaya səbəb olmamasından əlavə, bəlkə o, Allaha yaxınlaşmaq üçün vasitə və yoldur. İmam Rzanın (ə) xəstəyə şəfa verməsi təvəssül üçün əsil dəlil deyil, amma bu məsələ üçün yaxşı bir sübutdur. Əlbəttə əqli və nəqli dəlillərlə onu isbat edəndən sonra. Dünyanın nizam- intizamı "illət" və ...
  • Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
    6711 Qədim kəlam 2012/05/20
    Allah-Taala, vücudu vacib olan, alim, iradə sahibi, hər şeydən biniyaz, ehtiyacsız, məhdudiyyətsiz və hər bir nöqsandan pak və münəzzəhdir. Amma enerji naqis, ehtiyaclı, məhdud, elmsiz və iradəsiz bir mövcuddur. Allah-taalanın sifətləri ilə enerjinin xüsusiyyətləri arasında olan fərqlərindən məlum olur ki, enerji Allah-Taala deyil. Enerji, bir ...
  • Nə üçün Allah-taala bütün kamal sifətlərinə malik olmalıdır?
    5306 İslam fəlsəfəsi 2012/02/18
    Aləmə hakim olan vəhdət bu təsəvvürə – yəni “hər hansı bir varlığın yalnız xüsusi bir növdən olan kamallara malik olması, sair kamallardan heç birinə ehtiyaclı olmaması” təsəvvürünə mane olur Bu məsələ yalnız camaat arasında deyilən və etibari kamallarda təsəvvür oluna bilər. Amma bunun vücud mərtəbələrində həyata keçməsi mümkün deyildir. ...
  • Христианлыгда тәһрифин сәбәбләри нәдир?
    6400 Təzə kəlam 2009/11/10
    Һәзрәт Иса (ә) Аллаһын изни илә гејб оландан сонра онун тәлимләри јахын тәрәфдарлары (һәвариләр) тәрәфиндән тәблиғ едилмәјә башлады. Сонралар бу вәзифә христианлығын баниси кими танынан Полосун васитәсилә давам етдирилди. Өзү әввәл јәһуди олуб, сонрадан христианлығы сечән бу шәхс бундан габаг јени динә мөтәгид ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    3806 پیامبر اکرم ص 2019/10/09
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    7627 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Нәјә ҝөрә гадынын ган баһасы (дијә) кишинин ган баһасынын јарысы гәдәрдир?
    6756 Nizamlar hüquq və əhkam 2010/07/18
       Тарихи вә дини мөзулара әсасән, “ган баһасы” игтисади бир мәсәлә олуб, зијанын арадан галдырылмасындан өтрү тәјин олунмушдур. Башга тәрәфдән, Ислам нөгтеји-нәзәриндән һәдәфиндә олан ҹәмијјәтдә мүһүм игтисади мәсулијјәтләр кишинин өһдәсинә гојулмушдур. Јәни, әҝәр кишинин игтисади вәзифәләринә күлли бир нәзәрлә диггәт етсәк мәлум олар ...
  • On ilə yaxındır ki, bir nəfərlə nişanlıyam. Biz, qanuni izdivacdan qabaq şəriət əqdini yerinə yetirə bilərikmi?
    5624 Nizamlar hüquq və əhkam 2012/02/12
    Bu barədə təqlid mərcələrinin cavabı belədir:1.             Xamenei: Onun, şəriət qəbul edən şərtlərini riayət etməklə öz- özlüyündə maneəsi yoxdur.2.             Sistani: Qızın əqdi gərək onun atasının icazəsi ilə ola.3.             Safi Gülpayqani: Mömin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163066 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155565 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117967 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110054 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99709 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91581 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53522 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45905 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43965 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43170 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...