Ətraflı axtarış
Baxanların
6008
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Peyğəmbərin öz həyatında sonrakı xəlifələrin işləri qarşısında sükut etməsinin səbəbi nə idi?
Sual
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in öz həyatında (vəfatından sonrakı) xəlifələrin işləri qarşısında sükut etməsinin səbəbi nədir? Nə üçün ilk əvvəldən onların niyyətlərini aşkar etmədi ki, vəfatından sonra məlum hadisələr baş verməsin?
Qısa cavab

Bu sualın cavabında bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz ilahi risalətini aşkar etdiyini vaxtdan (besətin üçüncü ilindən) etibarən müxtəlif əlamətdar hadisələrlə əlaqədar dəfələrlə Əli (əleyhis-salam)-ın fəzilətlərini və onun xilafət məsələsini camaata çatdırmış, onun müxaliflərinin həqiqi simasını aşkar etmiş və onları camaata tanıtdırmışdı. Bununla eyni halda, islam cəmiyyətinə elə bir vəziyyət və şərait hakim idi ki, Peyğəmbər öz müxalifləri ilə ciddi rəftar edə bilmirdi.

2. Peyğəmbər və Əli (əleyhiməs-salam) islamın əslinin qorunub-saxlanmasına, Peyğəmbər nəslinin sağ-salamat qalmasına diqqət yetirirdilər ki, münasib və əlverişli zamanda Peyğəmbərin sonuncu vəsisi risalətin son hədəfini həyata keçirə bilsin.

3. Əgər Peyğəmbər öz həyatının son günlərində müxaliflərin əleyhinə çox ciddi tədbirlər görsəydi, o həzrətin vəfatından sonrakı dövrlər üçün xüsusi proqram tökmüş olan müxaliflər sükut etməz, Peyğəmbərin hüzurunda daha şiddətli və kəskin reaksiyalar göstərər və islamın köksünə bərpa olunmaz zərbələr endirə bilərdilər.

Ətreaflı cavab

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra Əli (əleyhis-salam) misilsiz elmi və əxlaqi fəzilətlərə malik olan yeganə şəxs idi; o, döyüş meydanlarında güclü bir tufan kimi inadkar kafirləri məhv edirdi. Ən şücaətli pəhləvanlar onun kəsərli qılıncının müqabilində müqavimət göstərə, tab gətirə bilmirdilər. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) İslamın əvvəllərində və öz həyatı boyu Əli (əleyhis-salam) üçün çox misilsiz fəzilətlər sadalanmışdı ki, onun bəzi nümunələrinə işarə edirik. O həzrət  daim Əli (əleyhis-salam)-ın ləyaqət və kamallarından danışır və buyururdu: “Əli heç vaxt səhvə və xətaya yol verməz.”[1] Həmçinin buyurmuşdu: “Əli haqq ilə, haqq da Əli ilədir.”[2]

Bir çox hallarda Əli (əleyhis-salam)-la müxalifətə dair ciddi xəbərdarlıq edərək buyururdu: “Mənim ailəmdən və ya onlardan qeyri bir kəs Əliyə qarşı kin-küdurət və düşmənçilik bəsləsə, mənim dinimdən xaricdir.”[3]

Amma o həzrətin bu qədər təkidli tövsiyələrinə baxmayaraq müsəlmanlardan bir qrupu o həzrətin vəfatından sonrakı dövr üçün çoxlu məkrli tədbirlər düşünmüşdürlər. Onlar islam ümmətinə rəhbərliyi öz əllərinə keçirmək fikrində idilər. Peyğəmbər onların bu tədbir və proqramlarından tamamilə agah idi, amma həzrətin sağlığında onlar tam ehtiyatla davranaraq aşkarda elə bir iş görməmişdilər ki, Peyğəmbər onları cəzalandırılsın və ya məşhur atalar sözünə görə “cinayətdən qabaq qisas alsın”. Buna baxmayaraq, həzrət onların tədbirlərini zərərsizləşdirmək üçün çox işlər görmüşdü. O cümlədən, bütün ölkələrdən gələn müsəlmanların sonuncu əzəmətli həcc mərasimində iştirak etdiyi zaman – Qədir-xum günü və vida həcci kimi mühüm və həssas anlarda – buyurmuşdu: “Ey müsəlmanlar! Bilin ki, Allah Əlini məndən sonra sizin vəliniz (rəhbəriniz) seçmişdir. Bir kəs də Allahın göstərişləri ilə müxalifət etməməlidir. Hər kəs Əlinin xilafəti ilə müxalifət etsə, Allah ilə müxalifət etmişdir.”[4]

3. Həmçinin Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) həyatının son günlərində çalışırdı ki, imam Əli (əleyhis-salam)-ın imamət və rəhbərliyi ilə müxalif olanları Üsamənin ordusu ilə birlikdə Mədinədən xaricə göndərsin ki, imamət və rəhbərliyinin ilk günlərində həzrət Əli (əleyhis-salam)-ın yolu üzərindəki maneələr aradan qaldırılmış olsun. Amma müxaliflər bu məsələni başa düşən kimi Üsamənin ordusundan qaçdılar. Bu ordunun hərəkəti Peyğəmbərin vəfat etdiyi vaxta qədər təxirə düşdü və nəticədə müxaliflər öz mənfur niyyətlərinə nail oldular.

Peyğəmbər şərif ömrünün axır günlərində bir dəstə adamın o həzrətin əmr və göstərişləri ilə müxalifət edərək Üsamənin ordusundan  qayıtdıqları zaman həzrət onların başlarında məkrli tədbirlər olduğunu gördü və buyurdu: “Mənim üçün qələm-kağız gətirin, sizin üçün elə bir şey (vəsiyyət) yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Bir nəfər dərhal dedi: “Peyğəmbərin ağrıları şiddətlənmişdir, Allahın kitabı bizim üçün kifayətdir! Bu kişi ağrılarının şiddətləndiyi üçün sayaqlayır!” Sünnü mənbələrində mövcud olan bəzi rəvayətlərə əsasən bu şəxs Ömər ibni Xəttab idi![5]

Müsəlmanların bu dəstəsi Peyğəmbərin vəfatından sonra çox ciddi-cəhdlə səy edərək öz mənfur məqsədlərinə nail oldular. Onlar rəyasət və rəhbərlik yanğısı ilə yaşayır və özlərinin keçmiş kinlərini boşaltmaq istəyirdilər. Bununla eyni zamanda bəzən müharibə və fiqhi məsələlərdə məcburiyyət üzündən Əli (əleyhis-salam)-la məşvərət edir və çox hallarda onun nəzərini qəbul edirdilər. Hətta Əbu Bəkr minbərdə olarkən hamıya elan edərək demişdi: “Camaat! Öz beyətinizi geri götürün! Əli sizin aranızda olduğu vaxta qədər mən sizin ən fəzilətiniz deyiləm!”[6]

İslamı zahirdə qəbul edən, amma həqiqətdə islama və Peyğəmbərə azacıq etiqadı olmayan bəzi “müsəlmanlar” da islamı bütünlüklə məhv edib aradan aparmaq üçün saniyələri sayır, münasib fürsət gözləyirdilər. Hətta bir neçə dəfə (bir dəfə Qədir-Xumdan, digər dəfə də Təbuk müharibəsindən qayıdan zaman) Peyğəmbərə sui-qəsd hazırlamışdılar.[7]

Peyğəmbərin dövründəki hadisələrə və mövcud şəraitlərə diqqət yetirməklə, müxtəlif dəstə və qrupların varlığı ilə o həzrət müxtəlif hadisələrlə əlaqədar Əli (əleyhis-salam)-ın vilayət və xilafətini aşkar şəkildə bəyan etmişdi. Hər vaxt müəyyən bir şey insanlara çatdırılmalı olsaydı və ya islamın gələcəyi ilə əlaqədar müsəlmanlar ayıq olmalı idilərsə, Peyğəmbər xəbərdarlıq edirdi. Digər tərəfdən də bu istiqamətdə hər hansı bir tədbir görəcəyi təqdirdə islamın əsli təhlükə ilə qarşılaşa bilərdi. Buna görə də daha ciddi tədbirlər görmürdü ki, islamın əsli qorunub saxlansın, o həzrətin nəsli və xanədanı davam etsin, onun sonuncu vəsisi öz məmuriyyətini – dünya səviyyəli vəzifəsini icra etsin, nəticədə ilahi peyğəmbərlərin besətindən izlənən əsas hədəf həyata keçsin.



[1] “Əl-bidayətu vən-nihayə”, 2-ci cild, səh. 316, “Ehyaut-turas” çapı

[2] Bax: Sübhani, Cəfər, “Furuği əbədiyyət”, 2-ci cild, səh. 461 və 475; “Tarixi Dəməşq”, 42-ci cild, səh. 448 və 449; “Müstədrək”, Hakim, 4-cü cild, səh. 93, hədis 4603

[3] “Əl-imam Əli ibni Əbi Talib (əleyhis-salam)”, Əbdül-Fəttah, Əbdül-Məqsud, (Seyid Məhdi Cəfərinin tərcüməsi), 3-cü cild, səh. 94

[4] “Furuği əbədiyyət”, səh. 471

[5] “Səhihi Buxari”, 1-ci cild, səh. 22, 2-ci cild, səh. 414; “Səhihi Müslim”, “vəsiyyət” kitabı, 5-ci bab. Əlavə məlumat üçün bax: sual 1527 (sayt 1692), Görünüş: “Peyğəmbərin son vəsiyyətinin yazılmasının qarşısının alınması”

[6] Bax: “İmam Əli ibni Əbi Talib (əleyhis-salam)”, 1-ci cild, səh. 282

[7] Bax: “Furuği əbədiyyət”, 2-ci cild, səh. 390 və 404

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Lütfən qadının hicabının necəliyi barəsində hədis yazın.
    7912 Nizamlar hüquq və əhkam 2011/04/13
    Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına ...
  • Həyat və ölüm kəlməsi Quranda neçə dəfə işlədilmişdir?
    7438 Quran elmləri 2011/11/06
    Həyat, yaşamaq, mənasında və ölüm isə onun əks mənası kimi işlədilir. Həyat və ölüm hər ikisi Allahın yaratdıqlarındandırlar. Qurani kərim buyurur: O şəxs ki, ölüm və həyatı yaratdı, sizin imtahanınız üçün idi ki, sizlərdən hansı biriniz yaxşı əməl sahibi olacaq və o məğlub olunmaz və bağışlayandır.[1] ...
  • Cəmiyyətin dini dəyişdirilə bilərmi?
    6236 Təzə kəlam 2010/11/10
    Bu sualın cavabında əvvəlcə gərək nəyin nəzərdə tutulduğu aydınlaşdırılsın. Bəzən “cəmiyyətdə dinin dəyişdirilməsi” dedikdə məqsəd hər hansı bir cəmiyyət tərəfindən qəbul olunan haqq və ilahi dinin əslini dəyişdirmək ola bilər. Bu fərzdə söhbət dini ünsür və mərifət məsələsinin dəyişdirilib-dəyişdirilməməsi, sabit qalıb-qalmaması, onun hüdudlarının genişləndirilməsi və ya məhdudlaşdırılması olacaqdır. ...
  • Bir şəxsdən digərinə enerji mübadiləsi İslamda qəbul ediləndirmi? Bunun şəri hökmü nədir?
    5739 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hörmətli işçi: Bu hadisənin əsli və bu yolla müalicə və onun sayılmaqda olan təsirləri hələ də isbat edilməmişdir. Bir çox bu işdən fərasətlə istifadə edənlər öz- özlərinə xəyallara düşmüşlər. Buna görə bəzi mərcə təqlid alimləri bu suala hələ də gizli və naməlum olduğu üçün cavab ...
  • Вилајәти-фәгиһин дәлилләри нәдир?
    7158 Nizamlar hüquq və əhkam 2010/02/06
    “Вилајәт-фәгиһ” бәһсини мүхтәлиф јолларла исбат етмәк олар. Амма, бу бәһсдә биз јалныз, мәсәләни әгли вә нәгли илә дәлилләринә кифајәтләнәҹәјик:А) Әгли дәлил:Әгл һөкм едир ки, етигад вә мәнәвијјата сөјкәнән бир һөкумәтин ...
  • Allah insan beyni ilə tanınmağa qabil olmadığından, necə Onun barəsində mərifət əldə edə bilərik ki, şirkə səbəb olmasın?
    5601 Qədim kəlam 2012/04/18
    Allahı tanımaq üçün bənzətmə rəvayətlərdə rədd edilmişdir. Daha çox məlumat üçün ətraflı cavaba müraciət edin. ...
  • Вилајәт сөзүнүн әрәб дилиндә чохлу вә фәргли мәналарыны нәзәрә алараг лүтфән бу кәлмәнин һәгиги вә әсл мәнасыны ачыглајын?
    6412 Qədim kəlam 2010/09/29
    Вилајәт сөзү “вәлијә” сөзүнүн көкүндән олуб, мүхтәлиф мәналара маликдир. Амма бу бәһсдә нәзәрә алынан мәна ән чох “рәһбәрлик вә бәзи ишләрин мөвланын өһдәсиндә вә ихтијарында олмасы” мәнасыдыр. Мөвла бир нөв гүдрәти вә бир шејә әһатәси олана дејилир. Дини терминолоҝијада исә камил инсанын диҝәр инсанлара мүхтәлиф саһәләрдә ...
  • Nə üçün “Fatihə” (“Həmd”) surəsi “Səb`ul-məsani” adlandırılır?
    12857 Təfsir 2012/06/23
    Təfsir kitablarına və rəvayət mənbələrinə müraciət etməklə aydın olur ki, Qurani-əzim və “Səb`ul-məsani” dedikdə nəyin nəzarətə tutulmağı ilə əlaqədar müxtəlif nəzəriyyələr vardır: Bəziləri inanırlar ki, məqsəd Quran və onun ayələridir. Bəziləri inanırlar ki, “Səb`ul-məsani” dedikdə məqsəd “Həmd” surəsidir. Çünki bu surə Peyğəmbər (səlləllahu ...
  • Nə üçün qədr gecəsində bədənə zəfəran sürtmək qadağan edilmişdir?
    7914 Əməli əxlaq 2011/04/16
    1). Zəfəranın üç əsas xüsusiyyəti vardır: Yemək ədviyası, dərman və gözəllik kimi istifadə olunması. 2). Zəfəranı bədənə sürtmək haram deyildir. Amma bu hədisə əsasən qədr gecəsi bədənə çox zəfəran sürtmək mələklərin ona salam verməməsinə səbəb olur. bunun əsas səbəbi bu ola bilər ki, bədənə çox zəfəran sürtmək, onun iyinin ...
  • Əli (ə) ın sözü
    6112 Hədis elmləri 2012/01/08
    Əllamə Məclisi bəharul Ənvarda bir rəvayət nəql edir ki, onda belə gəlib: Bir şəxs Həzrəti Əli (ə) dan istədi ki bu suallara cavab versin: Vacib nədir? Daha vacib hansıdır? Problem nədir? Daha problem hansıdır? Təəccüblü nədir? Daha təəccüblü hansıdır? Yaxın nədir? Daha yaxın hansıdır? Hələ sualı qurtarmamışdı və dilini ağzına ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162995 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155337 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117885 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109904 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99342 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91483 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53449 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43873 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43058 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...