Ətraflı axtarış
Baxanların
7299
İnternetə qoyma tarixi: 2012/03/11
Sualın xülasəsi
Həmd surəsində olan nemət verilmişlər, qəzəb olunanlar və yolunu azanlardan məqsəd kimlərdirlər və onların hansı xüsusiyyətləri vardır?
Sual
Namazda oxuyuruq: «صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيرْ الْمَغْضُوبِ عَلَيْهِمْ وَ لَا الضَّالِّينَ» Nemət verilmişlər, qəzəb olunanlar və yolunu azanlardan məqsəd kimlərdirlər və onların hansı xüsusiyyətləri vardır?
Qısa cavab

Qurani kərim həmd surəsində camaatı üç dəstəyə bölür və başqa surələrdə onlar üçün dəlillər zikr edir ki, dinləyiciyə kamil mənanı çatdırmış ola. Allahın nemət verdiyi birinci dəstə dörd təbəqəyə bölünür: Peyğəmbərlər, inanılmışlar, şəhidlər və salehlər. Bunlar Allahın seçdikləridir və onlara nemət veribdir. Allahdan itaət etmək onların ən böyük xüsusiyyətlərindəndir.

Bir- birinə çox axşarlığı olan ikinci (qəzəb olunanlar) və ününcü (yolunu azanlar) dəstə barəsində də ehtimallar vardır.

Birinci ehtimal budur ki, "zallin" adı yolunu azanlar, "məğzubin"isə inadkar, tərs younu azanlar və münafiqlərdir.

Başqa bir ehtimal isə budur ki, yolunu azanlar azmış yəhudilər İslamla çoxlu düşmənçilik səbəbinə qəzəb olunanların əsil məqsədi olub və yoldan çıxmış məsihilər isə az inadaklığına görə "zallin" dirlər. Yəni, yəhudilər qəzəb olunanlar, məsihilər isə yolunu azanlardırlar.

Üçüncü ehtimal isə budur ki, qəzəb olunanlar o kəslərdir ki, həm özləri yollarını azıblar, həm də çalışırlar ki, başqalarını düz yoldan uzaqlaşdıralar. Amma yolunu azanların "zallinlərin" belə çalışmağı yoxdur.

Ətreaflı cavab

Qurani kərim bu surədə camaatı üç dəstəyə bölür:

  1. Hidayət nemətindən faydalanan və sabit qədəm qalan şəxslər;
  2. Qəzəb olunanlar;
  3. Yolunu azanlar.

A). Quran, bu dəstələri tanıtdırmaq və şərh etməkdə nümunələr zikr edibdir. Biz də ayələrə söykənməklə bu dəstələri bəyan edirik.

Nisa surəsində "nemət verilənlər" bu nümunələr bəyan olunubdur: "Allaha və Peyğəmbərə itaət edənlər axirətdə Allahın nemətlər verdiyi Peyğəmbərlər, tamamilə doğru danışanlar, etiqadı dürüst, Peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər, şəhidlər və yaxşı əməl sahibləri ilə bir yerdə olacaqlar.

Onlar necə də gözəl yoldaşlardır".[1]

Bu ayə, Allahın nemət verdiyi şəxsləri dörd qrup tanıtdırır:

Peyğəmbərlər, doğru danışanlar, şəhidlər və yaxşı əməl sahibləri. Bunlardan aşkar və müəyyən olunmuş xüsusiyyətləri vardır. Onların arasında müştərək olanlardan ən mühümmü yaxşı əməl və doğru danışmaqdır.

B). Amma bir- birinə çox yaxın olan ikinci və üçüncü dəstənin nümunəsi və mənasının şərhində (onlar həqiqət yolunu kənara vurublar (qoyublar) və İlahi dərgahından qovulublar) azca ixtilaf vardır.

Tədqiqatçılar rəvayətlərə əsasən üç ehtimalın olduğunu deyirlər:

1)- Bu iki kəlmənin Qurani Məciddə işlənməsindən asılı olaraq belə nəticəyə gəlmək olar ki, "qəzəb olunmaq", "yolunu azmaqdan" çox pis və çətin mərhələdir və başqa bir ibarətlə "zallin" adi yolunu azanlardır, amma "məğzub- qəzəb olunan" inadkar, tərs yolunu azanlar və münafiqlərdir. Buna görə də çox yerlərdə Allahın qəzəbi və lənəti onların haqqında qeyd olunubdur.[2]

2)- Müfəssirlərdən bir dəstəsinin əqidəsinə əsasən yolunu azmışlardan məqsəd məsihilərin yolunu azanları və qəzəb olunmuşlardan məqsəd yəhudilərin yolunu azanlarıdır.

Bu çıxarış, bu iki dəstənin İslamın dəvəti bərabərində tutduqları mövqeyə görədir; çünki Quranın müxtəlif ayələrinin açıq- aşkar buyurduğuna əsasən yolunu azmış yəhudilər İslamın dəvətinə nisbət məxsus kinə və düşmənçilik göstərirlər. Baxmayaraq ki, onların alimləri əvvəldə İslamın muştuluq verənlərindən (müjdəçilərindən) olublar. Amma çox keçmədi ki, müxtəlif səbəblərə (o cümlədən onların maddi mənafelərinin xətərə düşməsi) görə İslamın ən çətin düşmənlərindən olublar və İslam və müsəlmanların inkşafının qarşısını almaq üçün hər bir işə əl atıblar. Lakin yolunu azmış məsihilər İslamın bərabərində bu həddə inkadkarcasına dayanıb, təkcə həqiqi dini tanımaqda azqınlığa məruz qalıblar və onlardan "zallin" ibarəti ilə ad aparıblar.[3]

Bununla belə onların haqqında "məğzubi ələyhum" ibarətini işlətmək çox düzgün nəzərə yetişir, amma gərək diqqət oluna ki, bu ibarət həqiqətdə çoxluğun şəxsə tətbiq olunması misalı kimidir. Yəni bunlar, bu məfhumun aşkar nümunələrindəndir və qəzəb olunmuş və yolunu azmış şəxslər daha çox dəstələrə şamil olur.

3)- Bu ehtimal da vardır ki, yolunu azmışlar başqalarının azğınlığına israr edənlər deyillər, lakin qəzəb olunmuşlar o kəslərdir ki, həm özləri yollarını azıblar, həm də çalışırlar ki, başqalarını azğınlaşdıralar və haqq yoldan uzaqlaşdıralar. Tamam gücləri ilə çalışırlar ki, başqaları da onlar kimi olalar.[4]

Quran öz ayələrində yolunu azanlar və qəzəb olunanlar üçün müxtəlif nümunələr bəyan edib ki, nümunə üçün bir neçəsinə işarə olunur:

"Onun barəsində bədgüman olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın!

Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir".[5]

"İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır".[6]

"Qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!"[7]

Quran bu dəstəni yolunu azmışlar və qəzəb olunanların bir hissəsi kimi ad aparır. Onların hamısının müştərək xüsusiyyəti Allah- Taalanın əmrindən boyun qaçırmaqdır. Onların hər birisi Allah- Taala ilə bir növ müxalifətçilik edib və axırda yolunu azan və qəzəb olunanların bir hissəsi olurlar.

 


[1] - Nisa surəsi, ayə 69.

[2] - Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 1, səh 54, Darul- kotobil- İslamiyyə, birinci çap, Tehran, 1374 hicri şəmsi.

[3] - Həmin, cild 1, səh 55.

[4] - Həmin, cild 1, səh 56.

[5] - Fəth surəsi, ayə 6.

[6] - Bəqərə surəsi, ayə 108.

[7] - Nəhl surəsi, ayə 106.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Allah bəyənən həyat hansı həyatdır? Və mövcud həyatla ziddiyəti varmı?
    6267 Əməli əxlaq 2012/01/08
    Əgər Qurana müraciət etsək və bu sualı Qurandan soruşsaq ki, biz nə üçün yaranmışıq? Quranın cavabı budur ki, " وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِیَعْبُدُونِ" cin və insan yaranmayıbdır, məgər ibadət üçün, ibadət yəni nə? İbadət yəni Allaha bəndəçilik, yəni o işlər ki, yerinə ...
  • İkinci iş barəsinə fətva vardırmı? Ümumiyyətlə ikinci işin olması dünyapərəstlikdir?
    6195 Nizamlar hüquq və əhkam 2012/01/16
    Şəriət baxımından ikinci iş (vəzifə) üçün heç bir maneə (qadağa) yoxdur. İslam dini və müqəddəs şəriət tərəfindən məzəmmət olunan dünyapərəstlik, dünyaya bağlılıq, mənəviyyat və axirətdən uzaqlıqdır. Belə bir şeyin bir işdə tapılması mümkündür. Bəzən bir iş və az gəliri olan insanlararast gəlinir ki, dünyaya daha çox bağlı olurlar. Bir halda ...
  • Bu elmi bir həqiqətdir ki, insan yer səthindən asimana tərəf nə qədər çox qalxsa, fəzada oksigenin miqdarı bir o qədər azalır. Bu mətləbə işarə edən Quran ayəsi hansıdır?
    6227 Təfsir 2012/09/24
    Quranın hərtərəfli bir kitab olması barəsində bəhs edən alimlər və müfəssirlər “görəsən Quran yeni elmlərin bütün incəliklərini bəyan edibmi, yoxsa bu barədə heç bir söz deməmişdir?” məsələsində nəzər ixtilafına malikdirlər. Bəziləri inanır ki, Quran elmi bir ensiklopediya kimi bütün elmi məsələlərin incəliklərini özündə əhatə edir. ...
  • Allahın Məknun və Mustəəsər adlarından məqsəd nədir?
    7022 Nəzəri irfan 2011/10/08
    Məsum Əhli- beytdən bizə çatan dua və rəvayətlərdən istifadə olur ki, Allah Taalanın bəzi adları vardır ki, onları özü üçün seçmiş və onlardan heç bir kəsin xəbəri yoxdur. Bu adlar "Əsmai Mustəəsərə" kimi tanınmışdırlar. Rəvayətlərdən istifadə olunur ki, Əsmai- Mustəəsərə Allahın qeyb əzəm adlarından və Allahın ilk adlarındadırlar. Mustəəsər adlarını ...
  • Allaha görmək mümkündürmü? Necə ?
    6023 Qədim kəlam 2011/04/16
    Əql və şəriətin hökmünə əsasən Allah-taala nə dünyada, nə də axirətdə zahiri gözlərlə görünə bilməz, lakin qəlb gözü ilə görünə, yəni hiss oluna bilər. Qəlblər öz vücud tutumlarına uyğun olaraq batini, şuhud yolu ilə, həm də batinin – ruhun (nəfsin) lətifləşdirilməsindən, saflaşdırılmasından sonra, şəri riyazət və ibadətlərin ...
  • Aya sizin nəzərinizdə vəliyi- fəqih məsumdur?
    5482 Nizamlar hüquq və əhkam 2011/09/11
    Məsum imamların (ə) hədis və rəvayətlərinə əsasən, məsum olmaq yalnız 14 nəfər- Peyğəmbər (s), həzrət Zəgra (s) və 12 imama məxsusdur. Bunun üçün də vəliyi- fəqih məsumlar sırasında hesab olunmur. Amma bir çox ayə və rəvayətlərə əsasən, İmam Zamanın (ə) qeybəti dövründə vəliyi- fəqihdən itaət etmək vacibdir və lazımdır. İmam ...
  • Behiştin açarı niyə namazdır?
    6270 Nəzəri əxlaq 2012/02/09
    İnsanın yaranma hədəfi Allah- Taalanı tanımaq və bəndəlik üçündür. Allah pərəstlik etmək sayəsində, insan kamala və İlahi qürb məqamına yetişir. Namaz, uca yaradana bəndəliyi izhar etməyin ən yaxşı formasıdır. Beşlik namazlara əhəmiyyət vermək, ruhun fəzilər və qüdrətinə səbəbdir ki, insanı günah etmək və pis əməllərdən saxlayır və insanın ruhunda təqva ...
  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13389 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Bir nəfərin bir hissə yeri var onu satmaq istəyir, satdığı halda yerin pulunun xumsunu verməli və həcc ona vacib olur?
    5537 Nizamlar hüquq və əhkam 2012/06/13
    Bu sual iki cəhətdən qaranlıqdır: Birincisi budur ki, sizin təqlid etdiyiniz Mərcə müəyyən olunmayıb. İkincisi budur ki, yer ünvanı (adı) qaranlıqdır. Yəni müəyyən olunmayıb ki, bu yer irsdir ya hədiyyədir ya alınıbdır? Bu cəhətdən məsələnin bütün fərzlərinə işarə olur: Əgər ...
  • Həmd surəsində olan nemət verilmişlər, qəzəb olunanlar və yolunu azanlardan məqsəd kimlərdirlər və onların hansı xüsusiyyətləri vardır?
    7298 Təfsir 2012/03/11
    Qurani kərim həmd surəsində camaatı üç dəstəyə bölür və başqa surələrdə onlar üçün dəlillər zikr edir ki, dinləyiciyə kamil mənanı çatdırmış ola. Allahın nemət verdiyi birinci dəstə dörd təbəqəyə bölünür: Peyğəmbərlər, inanılmışlar, şəhidlər və salehlər. Bunlar Allahın seçdikləridir və onlara nemət veribdir. Allahdan itaət etmək onların ən ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163075 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155576 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117972 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110070 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99725 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91591 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53528 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45943 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43969 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43173 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...