Ətraflı axtarış
Baxanların
5865
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
“Aşura” ziyarətində Əhli-beytə xitab edərək deyirik: اَنْ يجْعَلَني مَعَكُمْ فِي الدُّنْيا وَالاْخِرَةِ “Allahdan istəyirəm ki, dünya və axirətdə məni sizinlə birgə qərar versin.” Bu “birlikdə olmağın” hansı şərtləri və xüsusiyyətləri vardır və necə həyata keçir?
Sual
“Aşura” ziyarətində Əhli-beytə xitab edərək deyirik: اَنْ يجْعَلَني مَعَكُمْ فِي الدُّنْيا وَالاْخِرَةِ “Allahdan istəyirəm ki, dünya və axirətdə məni sizinlə birgə qərar versin.” Allahın ən böyük vəlisi ilə birgə olmaq necə baş verə bilər? Əhli-beyt rəvayətlərində “İmamla birgə olmağın” şərtləri necə zikr olunur? Digər şəxs və ya şeylərlə birgə olmaqla müqayisədə bu birgə olmağın xüsusiyyətləri nədir?
Qısa cavab

“Aşura” ziyarətində zikr olunan birgəliklə İmamla birgə olmağın bütün mərtəbələrinə işarə edir ki, o da bunlardan ibarətdir: dünyada birgəlik, qəlbdə və ruhda birgəlik, axirətdə birgəlik. Bu məsələni daha yaxşı başa düşmək üçün ətraflı cavaba baxa bilərsiniz.

Ətreaflı cavab

Vücud baxımından İmam (əleyhis-salam)-la birgə olmaq bir neçə cür təsəvvür olunur: 1. Məkan cəhətindən birgə olmaq, 2. Hübbi (məhəbbət) və həşr cəhətindən birgə olmaq, 3. (Mənəvi) nur və şüa cəhətindən birgə olmaq. Başqa bəyanla desək, bu üç növ birgəliyin birincisini dünyəvi birgəlik, ikincisini vilayət birgəliyi və üçüncüsünü də axirət birgəliyi hesab etmək olar.

Məkan cəhətindən birgəlik dedikdə məqsəd İmamın zahiri cismini görüb onunla görüşmək və o həzrətin yanında olmaqdır. Bildiyimiz kimi, münafiqlərdən bir çoxu zahirdə imamlarla birlikdə idilər, amma bu birgəlik onların halına (mənəvi həyatına) heç bir vayda yetirmirdi. Lakin əgər bir şəxs iman və mərifət əhli olub İmama itaət etsə, İmamla zahiri görüş bu birgəliyin çox yüksək və dəyərli mərhələlərinə çatmağın başlanğıc nöqtəsi olacaqdır. Buna görə də İmamla görüşməyə, onun məhzərində olmağa dair çoxlu tövsiyələr edilmişdir. Bu tövsiyələr onların qəbirlərinin ziyarətinə də şamildir. Çünki keçmişdəki (dünyadan gedən) imamları ziyarət etmək diri İmamla əlaqə bərqərar etməyə və nəticədə  axirətdə imamlarla birgə olmağa şərait yarada bilər.

Deməli, dünyəvi birgəlik lazım şərt olsa da, kafi şərt deyildir. Əgər birgəlik sırf şəkildə dünyaya məxsus (dünya işləri naminə) olarsa, belə bir şəxs qiyamətdə imamlardan ayrıca məhşur olacaqdır.

Amma vilai (vilayətə məxsus), hübbi (məhəbbət əsasında olan) və həşri birgəlik adlanan ikinci mərtəbədəki “məiyyətə” (birgəliyə) gəldikdə isə, şəxsin qəlbində İmama məhəbbət olur və bu məhəbbətdə doğruçu və sadiq olur. Hər bir şəxs öz məhbubu (sevimlisi) ilə birlikdə məhşur olduğundan, belə bir şəxs də İmamın batini ilə məhşur olacaq, İmamın adı, xatirəsi və zikri onun qəlbində həmişəlik hazır olacaq və bunun nəticəsində İmam da onun həmneşini, həmsöhbəti olacaqdır. Bu şərtlə ki, ondan başqasının özünün qəlb hərəmi hüdudlarına daxil olmasına yol verməsin. İmamı yad etmək Allahın zikri sayəsində mümkün olur. Allah-taala hədisi-qüdsidə buyurur: “Mən, Məni yad edənlərlə həmsöhbətəm.”[1] Deməli, İmam da o şəxslə birgə və həmsöhbətdir ki, qəlbində həmişə İmamı yad etmiş olsun.

Üçüncü mərtəbə daha yüksək birgəlik məqamıdır və bu, məhəbbətdə fani olmaqdan sonra baş verir. Bu birgəlikdə insan İmama məhəbbətdə fani olur, vücudu İmamın vücudunun göstəricisi və ona aid olur, İmamın nuru onun bütün varlığını əhatə edir. Buna görə də bu növ birgəlik “nur şüasının birgəliyi” kimi də təbir olunur. Məhz bu səbəbdən həqiqi şiələrin tinəti İmamın tinətinə qovuşmuş hesab edilir və onun vücudi nuru da İmamın nurunun şüası altında qərarlaşır. (Bundan qeyri hallarda vilayət iddiası edən şəxsdə iman “icarə olunmuş” sayılır və zati deyildir.)

Bu izahlara diqqət yetirməklə “Aşura” ziyarətində qeyd olunan cümlənin birgəliyin hər üç mərtəbəsinə bir yerə şamil olmasını demək olar. Yəni həm dünyəvi, həm qəlbi və ruhi, həm də nuri və axirətdəki birgəlik nəzərdə tutula bilər.

Əhli-beyt ilə dünyəvi birgəlik diri İmamla görüş feyzinə nail olmaqdan ibarətdir (İmamların qəbirlərinin ziyarəti də həmin hökmə malikdir). Hübbi, qəlbi, vilai məhəbbət birgəliyinin şərti də imamlara və xüsusilə İmam Zaman (əleyhis-salam)-a qeydsiz-şərtsiz itaət etmək, bu məhəbbətdə imtahana, sınağa düçar olmaqdır. Axirət birgəliyi isə bu iki birgəliyin kamalı və bu iki birgəliyin hüquqlarını yerinə yetirməkdir, nəticədə  İmamla onun tabeçisi arasında vücudi və nuri vəhdət yaranır.

 


[1] Kuleyni, “Kafi”, 2-ci cild, səh. 496, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəbiristanlıqda məscid tikmək olarmı?
    5037 Nizamlar hüquq və əhkam 2012/04/09
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər sözügedən qəbiristanlıq vəqf ərazisi və bir kəsin xüsusi mülkü deyilsə, habelə müxtəlif əlamətdar hadisələrdə əhalinin istifadə etdiyi və ehtiyac duyduğu ümumi məkanlardan olmasa, eləcə də orada məscid tikmək müsəlmanların qəbirlərinə qarşı hörmətsizliyə və ya qəbirlərin açılmasına səbəb olmasa, ...
  • Çox danışmağı müalicə etmək üçün hansı yollar vardır?
    10103 Nəzəri əxlaq 2012/01/19
    Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqələrin inkişaf etdirilməsi üçün gözəl bir vasitədir. Amma bunun çoxlu bəlaları da vardır ki, sonsuz günahların mənşəyi ola bilər. Buna görə də insan dilini nəzarət altına almaq və ondan yerində istifadə etmək üçün gərək hər gün sübh ...
  • Təvəssül, yolunu azmaya səbəb olar? Ümumiyyətlə təvəssül üçün dəlil varmımızdır?
    7822 Qədim kəlam 2012/04/18
    Təvəssülün yolunu azmaya səbəb olmamasından əlavə, bəlkə o, Allaha yaxınlaşmaq üçün vasitə və yoldur. İmam Rzanın (ə) xəstəyə şəfa verməsi təvəssül üçün əsil dəlil deyil, amma bu məsələ üçün yaxşı bir sübutdur. Əlbəttə əqli və nəqli dəlillərlə onu isbat edəndən sonra. Dünyanın nizam- intizamı "illət" və ...
  • Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
    6711 Qədim kəlam 2012/05/20
    Allah-Taala, vücudu vacib olan, alim, iradə sahibi, hər şeydən biniyaz, ehtiyacsız, məhdudiyyətsiz və hər bir nöqsandan pak və münəzzəhdir. Amma enerji naqis, ehtiyaclı, məhdud, elmsiz və iradəsiz bir mövcuddur. Allah-taalanın sifətləri ilə enerjinin xüsusiyyətləri arasında olan fərqlərindən məlum olur ki, enerji Allah-Taala deyil. Enerji, bir ...
  • Nə üçün Allah-taala bütün kamal sifətlərinə malik olmalıdır?
    5306 İslam fəlsəfəsi 2012/02/18
    Aləmə hakim olan vəhdət bu təsəvvürə – yəni “hər hansı bir varlığın yalnız xüsusi bir növdən olan kamallara malik olması, sair kamallardan heç birinə ehtiyaclı olmaması” təsəvvürünə mane olur Bu məsələ yalnız camaat arasında deyilən və etibari kamallarda təsəvvür oluna bilər. Amma bunun vücud mərtəbələrində həyata keçməsi mümkün deyildir. ...
  • Христианлыгда тәһрифин сәбәбләри нәдир?
    6400 Təzə kəlam 2009/11/10
    Һәзрәт Иса (ә) Аллаһын изни илә гејб оландан сонра онун тәлимләри јахын тәрәфдарлары (һәвариләр) тәрәфиндән тәблиғ едилмәјә башлады. Сонралар бу вәзифә христианлығын баниси кими танынан Полосун васитәсилә давам етдирилди. Өзү әввәл јәһуди олуб, сонрадан христианлығы сечән бу шәхс бундан габаг јени динә мөтәгид ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    3806 پیامبر اکرم ص 2019/10/09
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    7627 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Нәјә ҝөрә гадынын ган баһасы (дијә) кишинин ган баһасынын јарысы гәдәрдир?
    6756 Nizamlar hüquq və əhkam 2010/07/18
       Тарихи вә дини мөзулара әсасән, “ган баһасы” игтисади бир мәсәлә олуб, зијанын арадан галдырылмасындан өтрү тәјин олунмушдур. Башга тәрәфдән, Ислам нөгтеји-нәзәриндән һәдәфиндә олан ҹәмијјәтдә мүһүм игтисади мәсулијјәтләр кишинин өһдәсинә гојулмушдур. Јәни, әҝәр кишинин игтисади вәзифәләринә күлли бир нәзәрлә диггәт етсәк мәлум олар ...
  • On ilə yaxındır ki, bir nəfərlə nişanlıyam. Biz, qanuni izdivacdan qabaq şəriət əqdini yerinə yetirə bilərikmi?
    5624 Nizamlar hüquq və əhkam 2012/02/12
    Bu barədə təqlid mərcələrinin cavabı belədir:1.             Xamenei: Onun, şəriət qəbul edən şərtlərini riayət etməklə öz- özlüyündə maneəsi yoxdur.2.             Sistani: Qızın əqdi gərək onun atasının icazəsi ilə ola.3.             Safi Gülpayqani: Mömin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163066 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155565 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117967 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110054 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99709 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91581 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53522 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45905 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43965 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43170 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...