Ətraflı axtarış
Baxanların
6996
İnternetə qoyma tarixi: 2008/04/16
Sualın xülasəsi
Lütfən, həzrət Yusif (əleyhis-salam)-ın əhvalatında parlaq nöqtələri mənim üçün bəyan edin.
Sual
Lütfən, həzrət Yusif (əleyhis-salam)-ın əhvalatında parlaq nöqtələri mənim üçün bəyan edin.
Qısa cavab

Quranda “əhsənul-qisəs” (ən gözəl hekayə və əhvalatlar) kimi qeyd olunan həzrət Yusif (əleyhis-salam)-ın hadisəsi şəxsi, əxlaqi, ictimai və ailə məsələləri baxımından çox gözəl ibrət dərslərinə şamildir ki, aşağıda bəzilərini qeyd edirik:

1. Peyğəmbərlərin hamısı insanları Allah yolunda dəvət edərkən ifa edəcəkləri rollarını tanımış, lazımınca yerinə yetirmiş və bu yolda bütün çətinliklərə dözmüşlər;

2. Həyatda sui-zənn və həsədin təhlükələrinə diqqət yetirmək;

3. İnsanın gələcəyində tələskənlik üzündən baş verən yeni reaksiyaların, hadisələrdən tez təsirlənməyin  təhlükələri;

4. Atanın ailədə ifa etdiyi rol, ailənin dağılmasının qarşısını almaq və uşaqlarla düzgün rəftar tərzi;

5. İnsanları nahaq yerə günahda müttəhim etməyin təhlükələrinə diqqət yetirmək;

6. Cinayəti mümkün olan qədər azaltmaq;

7. Dostların və yaxın adamların məkrli tədbirlərindən ehtiyatlı olmaq;

8. Allaha ümid bəsləmək və Onun rəhmətindən məyus olmamaq;

9. Xüsusi məsələləri məxfi və örtülü şəkildə həll etmək;

10. Yalançı ağlamaqlara aldanmamaq;

11. Böyük problemlər və çətinliklərlə qarşılaşan zaman gözəl şəkildə səbir edib dözmək;

12. İffət və paklıq;

13. Hətta kafir də olsa, insana yaxşılıq edən şəxsin hörmətini saxlamaq;

14. Günah tələsinə düşmək təhlükəsi qarşısında zindana üstünlük vermək;

15. Hətta əlverişsiz mühitlərdə və çoxlu problemlərin varlığı ilə yanaşı bəndələri Allaha doğru hidayət etmək;

16. Yersiz töhmətlərlə qarşılaşan zaman öz şəxsiyyət və mənliyini müdafiə etmək;

17. Günahsızlığı isbat etmək üçün çalışmaq;

18. Özünün elmi səlahiyyətini, bacarıq və məharətlərini bəyan və aşkar etmək – əgər insanlara xidmət və onların məsləhəti bu işə bağlı olarsa;

19. Qələbə çalıb qüdrətli olduğu zaman əfv edib bağışlamaq;

20. Başqalarının əvvəllər düçar olduqları yaramaz əməlləri islah etməyə çalışmaq;

21. Keçmiş günah və səhvləri üzə vurmamaq və keçmiş kinləri yada salmamaq;

22. Hamısından mühümü həm varlı, həm də yoxsul olan zaman Allahın nemət və bəxşişlərini unutmamaq.

Ətreaflı cavab

Quranda “əhsənul-qisəs” (ən gözəl hekayə və əhvalatlar) kimi qeyd olunan həzrət Yusif (əleyhis-salam)-ın hadisəsi şəxsi, əxlaqi, ictimai və ailə məsələləri baxımından çox  gözəl ibrətlərə şamildir.

Bütün ibrət dərslərini müfəssəl şəkildə bəyan etmək məqalənin uzanmasına səbəb olduğundan (və bu da bizim cavabımızdakı hədəfimizlə uyğun gəlmir) gərək onların bəzilərinə müəyyən incəliklər qalibində işarə edək:

1. Dinin təbliği yolunda peyğəmbərlərin və rəsulların qarşılaşdıqları əzab-əziyyətlər və sinə gərdikləri çətinliklər.

“Yusif” surəsi peyğəmbərlərin öz həyatlarında düçar olub sinə gərdikləri çoxlu əzab-əziyyətlərə və çətinliklərə işarə edir. Bu surədə həzrət Yusif (əleyhis-salam)-ın bir peyğəmbər kimi ilahi şəxsiyyətini formalaşdıran çətinliklər müfəssəl şəkildə bəyan edilmişdir.[1]

2. Həyatda, hətta bir ailə daxilində belə, yersiz sui-zənlərin, yanlış ifadələrin və yozumların dağıdıcı rolu

Bu məsələ Yusifin qardaşlarının ifadələri arasında – atalarının yanında Yusifin və Benyaminin mövqeyini bəyan edən zaman aşkar şəkildə görünür: “Onlar (Yusifin qardaşları) dedilər: Yusif və qardaşı (Benyamin) atamızın nəzərində bizdən də sevimlidir, halbuki biz qüdrətli bir qrupuq!”[2] Bu da onların bir çox səhvlərə və günahlara düşməsinə səbəb oldu, üstəlik onları son dərəcə xarlıqla ziyana və ümidsizliyə sövq etdi.

3. Püxtələşməmiş hərəkətlərin, hissiyyat üzündən olan reaksiyaların təhlükələri

Yaxşı olar ki, aqil insan öz əməl və rəftarlarını ağıllı, ölçülüb-biçilmiş təhlil əsasında qursun və ağıl üzündən olmayan heç bir əmələ baş qoşmasın.

Həzrət Yusifin qardaşları öz problemlərini əql və hikmət yolu ilə həll etmək, atalarına adi yollarla yaxınlaşmaq əvəzinə başqa qanunsuz yolla bu işi həll etməyə çalışırdılar. Bu da nəticə etibarı ilə onların rüsvay olmasına, ruhi və fiziki əzaba düşməsinə, zəlil və xar olmasına gətirib çıxartdı. Çünki həsəd və kin-küdurət şöləsi məsələnin bütün yönlərində təfəkkür etməyə icazə vermirdi ki, Yəqubun Yusifə və Benyaminə nə üçün daha çox məhəbbət göstərməsinin dəlillərini başa düşmüş olsunlar. Hər kəsin şəxsi mənafeyi onunla əqli arasında pərdə salır.[3]

4. Ailənin əsas və bünövrəsinin qorunub saxlanmasında atanın rolu

Bu məsələ övladlarının səhvə yol verməsindən sonra həzrət Yəqubun (əleyhis-salam) tutduğu mövqe ilə aydın olur. O, oğlanlarının yalan deməsini qəti şəkildə bilsə də, ailənin əsasının qorunub saxlanmasına çalışdı və onun pozulub dağılmasına yol vermədi. O bu sözlərlə kifayətləndi: “Sizin nəfsani həvəs və istəkləriniz bu işi sizin üçün zinətləndirmişdir! Mən gözəl (naşükürlükdən uzaq olan) səbir edəcəyəm. Dediyiniz şeylər müqabilində Allahdan kömək istəyirəm!”[4]

Bu bütün ailə başçıları və atalar üçün böyük ibrət dərsidir, gərək onu öyrənib əməl etsinlər. Həzrət Yəqubun əhvalatı bizə aydınlaşdırır ki, o, övladlarının istək və arzularından tamamilə agah idi. Bu da ataların öyrənib əməl etməli olduqları digər bir ibrət dərsidir: ata bütün ailə üzvlərinin istək və arzularından agah olmalıdır ki, onlardan baş verən müxtəlif işlər qarşısında kamil hazırlığa, hikmət və düşüncəyə sahib olsun. Necə ki, həzrət Yəqub belə etmişdi. Çünki hər kəsdə nəfsin istəkləri vardır və şeytan bu istəklərə qol-qanad verməyə çalışır.[5]

5. Uşaqlar və cavanlarla davranmaq ciddi olmalıdır.

Həzrət Yusif (əleyhis-salam) öz yuxusunu atasına söylədikdə atası onunla çox ciddi şəkildə davrandı: o, müxtəlif bəhanələrlə, o cümlədən “uşaqdır” və s. sözlərlə yuxusunu rədd etmədi, üstəlik onun yuxusunu yozaraq buyurdu: “Mənası budur ki, sən gələcəkdə Allah tərəfindən peyğəmbərliyə seçiləcəksən, Allah Öz nemətini sənə – düşmənlərinə qələbə çalmaqla tamamlayacaq və kamil edəcək, necə ki, bundan əvvəl salehlərə Öz nemətini tamamlamışdır.”[6]

Bu əməl atalar üçün çox yaxşı bir ibrət dərsi ola bilər.

6. Bir kəsi nahaq yerə günahkarlıqda müttəhim etməmək

Bu əhvalatın ibrət dərslərindən biri də budur ki, bir kəsə nahaq yerə günah yükü vurmayaq. Yusifin qardaşları onun barəsində rəva görülməyən bir haqsızlığa yol verdilər. Bu da işlərdə hikmətdən istifadə etməməyin, yersiz təəssübün və zorakılıq məntiqinin əqlə qələbə çalmasının nəticəsi idi. Onlar dedilər: “Yusifi öldürün, yaxud onu ucqar yerlərdə tək buraxın ki, atanın diqqəti yalnız sizə yönəlsin. Bundan sonra (öz günahınızdan tövbə edərək) saleh insanlar olarsınız!”[7]

Burada mövcud olan əsas incəlik budur ki, həzrət Yusifin qardaşları saylarının çox və yaşlarının ondan yuxarı olmasına baxmayaraq, ataları barəsində dəqiq və kifayət qədər agahlıqları yox idi. Onlar çalışırdılar ki, dinlə dünyanın, haqq ilə batilin hər ikisinə sahib olsunlar. Nəticədə həsəd etdilər və təəssübləri onları günahsız qardaşlarını öldürməyə sövq etdi. Başqa tərəfdən, onlar fikirləşirdilər ki, gələcəkdə əməli-saleh insanlar olacaqlar.[8] Keçən ayədən bu da məlum olur ki, onlar özlərini tövbə ilə ümidvar etmişdilər.

Burada “Təfsiri-nümunə”nin müəllifi “təqsir baş verməzdən qabaq günahdan tövbə” ünvanı ilə deyir: “Bir təqsir baş verməzdən qabaq tövbə fikrində olmaq həqiqətdə öz vicdanını aldatmaq və günaha doğru yol açmaqdır. Bu heç bir vəch ilə peşmançılığa dəlil deyildir.”[9] Bu məsələ öz növbəsində bizim üçün böyük bir ibrət dərsidir.

7. Cinayəti mümkün qədər azaltmaq.

Bu hadisədən əldə etdiyimiz digər ibrət dərsi budur ki, insan günaha və pisliyə çəkildiyi, şər insanların məkrləri və ifratçı təzyiqlərinə məruz qaldığı zaman belə, günahı mümkün qədər azaltmalıdır. Bu, Yusifə qarşı müəyyən qədər mehriban olan bir  qardaşının sözüdür: “Yusifi öldürməyin! Əgər bir iş görmək istəyirsinizsə, onu quyunun qaranlığına atın ki, karvanlardan bəziləri onu götürsünlər (və özləri ilə ucqar bir məkana aparsınlar).”[10]

8. Bütün övladlara əhəmiyyət vermək və məhəbbət izhar etməkdə süstlüyə yol verməmək

Bu əhvalatdan belə ibrət dərsi almaq olar ki, valideyn övladlarından bəzilərinə məhəbbət və nəvaziş edərkən digər övladlara da diqqət yetirməlidir. Həzrət Yəqub bu barədə xətaya yol verməsə də, habelə Yusifə və onun qardaşı Benyaminə məhəbbəti hesab-kitab üzündən olsa da, hər bir halda bu hadisə göstərir ki, insan bu barədə son dərəcə həssas və ciddi olmalıdır. Çünki bəzi hallarda övladlardan birinə məhəbbət göstərilməsi digər övladların qəlbində çox güclü kin-küdurət yaradır və bu da onları hər bir yaramaz iş görməyə vadar edir. Çünki belə olan halda onlar öz şəxsiyyətlərini sınmış və təhqir olunmuş hesab edir və qarşı tərəfin şəxsiyyətini əzmək üçün heç nədən əsirgəmirlər.[11]

9. Dost-tanışların məkrli hiylələrindən uzaq olmaq

İnsanın düçar olduğu ən təhlükəli hiylə dost paltarında olan düşmənlərin hiyləsidir. İnsana bu nahiyədən – barışmaz düşmənlər tərəfindən vurulan ağır zərbələr az deyildir. Bəzən “iqtisadi kömək”, bəzən “mədəni əlaqələr”, bəzən “bəşər hüquqları”, bəzən də “müdafiə müqavilələri” kimi aldadıcı adlar altında öldürücü zərbələr vurulur.[12]

10. Allaha ümidvar olmaq və Onun rəhmətinə sarılmaq

Bu məsələ həzrət Yəqubun (əleyhis-salam) sözlərindən aşkar şəkildə başa düşülür: “Mən gözəl (naşükürlükdən uzaq olan) səbir edəcəyəm, sizin dediyiniz sözlər qarşısında Allahdan kömək istəyirəm.”[13]

Həmçinin buyurdu: “Oğlanlarım! Gedin, Yusifi və qardaşını axtarın və Allahın rəhmətindən məyus olmayın! Çünki yalnız kafir insanlar Allahın rəhmətindən məyus olarlar.”[14]

11. Xüsusi məsələlərin məxfi şəkildə həll edilməsi

Bu hadisədən əldə etdiyimiz digər bir ibrət dərsi budur ki, xüsusi məsələləri başqalarının gözündən uzaq və sirli şəkildə araşdırıb həll etməliyik. Quran Yusifin qardaşları barəsində belə buyurur: “Qardaşları ondan məyus olduqları vaxt bir tərəfə çəkilərək pıçıltı ilə söhbət etməyə başladılar.”[15]

12. Yalançı ağlamaqlara aldanmamaq, insani duyğulardan yersiz olaraq təsirlənməmək və hissiyyata qapılmamaq. Bu, aşağıdakı ayədən aydın olur: “(Yusifin qardaşları) gecə vaxtı ağlar halda atasının yanına gəldilər.”[16] Bu da sözügedən əhvalatın digər bir ibrətli dərsidir.

13. Gözəl səbir

Müsibətlər, problemlər, xoşagəlməz və ağır hadisələr nə qədər böyük olsalar belə, onların qarşısında  gözəl şəkildə səbir etmək lazımdır. Necə ki, həzrət Yəqub dedi: “Mən gözəl (naşükürlükdən uzaq olan) səbir edəcəyəm. Sizin dediyiniz sözlər qarşısında Allahdan kömək istəyirəm.”[17]

14. İffət və paklıq

Bu ibrət dərsi həzrət Yusifin əhvalatının ən bariz dərslərindən biridir. Çünki o, Misirin əzizinin arvadı və başqa qadınların ehtiras hisslərinin qarşısında müqavimət göstərdi, bu qadınların haram işə dəvətləri müqabilində zindan və onun çətinliklərinə razı oldu. Quran bu barədə belə buyurur: “(Yusif) dedi: Pərvərdigara! Mənim nəzərimdə zindan məni dəvət etdikləri işlərdən daha sevimlidir! Əgər onların məkr və hiylələrini məndən dəf etməsəydin, onlara doğru meyl edərək cahillərdən olardım!”[18]

Quran həm həzrət Yusifi öz şeytani nəfslərinin tələsinə salaraq azdırmaq və dizə çökürtmək üçün qadınların qurduqları hiylə və məkrin şiddətini, həm də həzrət Yusifin düzgün yolda dözüm və müqavimətinin şiddətini aşkar şəkildə bəyan edir.

15. İnsana hiylə işlədən şəxs qarşısında kəramətli olmaq

Həzrət Yusifin əhvalatından əldə edilən ibrət dərslərindən biri də o zamandır ki, biz aşağıdakı şərif ayədə “innəhu” kəlməsindəki əvəzliyi (o) Misirin əzizinə qaytaraq (və bu da səhihidir): “O (Misirin əzizi) mənim nemət sahibimdir və mənim məqamımı əzizləmişdir (məgər ona zülm və xəyanət etməyim mümkündürmü)?!”[19] (“Təfsiri nümunə”nin müəllifi[20] və digər müfəssirlər buna üstünlük vermişlər.) Bu da başqalarına qarşı, hətta kafir də olsalar, vəfalı olmaq və onların qarşısında gözəl reaksiya göstərməkdir. Yəni onların mal-dövlətinə, abır-heysiyyətinə və onlar üçün əziz və möhtərəm olan hər bir şeyə xəyanət etməyək, hətta əgər bizi xəyanətə vadar  etmək istəyən şəxs onun ailəsindən olsa belə. Necə ki, Misirin əzizini arvadı belə etmişdi.

16. Zindana düşməyi günaha bulaşmaqdan üstün hesab etmək

Həzrət Yusif (əleyhis-salam) zindana düşməyi və onun çətinliklərinə dözməyi mənəviyyatına xələl yetişməsindən və günah tələsinə düşməkdən üstün hesab edərək deyir: “Pərvərdigara! Zindan mənim nəzərimdə məni dəvət etdikləri şeydən daha sevimlidir! Əgər onların məkr və hiylələrini məndən dəf etməsəydin, onlara meyl edərək cahillərdən olardım!”[21]

17. Bəndələrin Allaha doğru hidayət olunmasında münasib fürsətlərdən düzgün istifadə etmək

Həzrət Yusif çoxlu əzab-əziyyətlərlə, problemlərlə qarşılaşsa da, hətta zindan şəraitində belə təbliğ işindən əl çəkmədi. O, zindan yoldaşlarına öyrədirdi ki, həqiqi azadlıq yeganə Allaha bəndəlik və tövhid bayrağı altında mümkündür. Həzrət onları yeganə Allaha doğru hidayət edərək yalançı məbudları və bütləri inkar edirdi: “Ey mənim iki zindan yoldaşım! Pərakəndə vəziyyətdə olan (şüursuz və bacarıqsız) məbudlar yaxşıdır, yoxsa yeganə və qalib Allah?!”[22]

18. Töhmətlərlə qarşılaşan zaman özünü müdafiə etmək

Həzrət Yusif bizə öyrədir ki, insan puç və yersiz töhmətlə qarşılaşan zaman özünü müdafiə etməyə haqlıdır və gərək də özünü müdafiə etsin. Quranda onun dilindən belə nəql olunur: “(Yusif) dedi: O məni israrla özünə tərəf dəvət etdi!”[23]

19. Günahsızlığı isbat etmək üçün düşməndən iqrar almağa çalışmaq

Həzrət Yusifin əhvalatından öyrəndiyimiz ibrət dərslərindən biri də budur ki, o nəinki zindana düşməyə üstünlük verərək Misirin əzizinin güzəştini rədd etdi, üstəlik təkid etdi ki, azadlıqdan qabaq Misirinin əzizinin arvadından və başqa qadınlardan özünün pak və günahsız olmasına dair iqrar alsın. Quran bu barədə buyurur: “Padşah dedi: “Onu mənim yanıma gətirin!” Amma onun göndərdiyi adam Yusifin yanına gəldikdə həzrət ona dedi: “Sahibinin yanına qayıt və ondan soruş ki, öz əllərini kəsən qadınların hadisəsi nə idi? Çünki mənim Allahım onların hiyləsindən agahdır.”[24] O həzrət öz arzusuna çatdığı zaman hamı onun pak və günahsız olduğuna iqrar etdi. Quran bu barədə buyurur: “(Padşah o qadınları çağırdı və dedi:) “Yusifi özünüzə tərəf dəvət etdiyiniz zaman nə hadisə baş vermişdi?” Dedilər: “Allah pak və münəzzəhdir! Biz onda heç bir eyib tapmadıq!” Bu zaman (əzizin arvadı) dedi: “İndi haqq aşkar oldu! Onu mən özümə tərəf dəvət etdim və o, düz danışandır!”[25] Yalnız bundan sonra zindandan xaric oldu. Çünki hələ də ittiham və günah barmaqlarının ona tərəf tuşlandığı bir zamanda zindandan çıxması rəva deyildi. Elə bir zaman azad olmaq istəyirdi ki, hamı onun haqq, pak-pakizə, təqva və günahsızlığına, hətta məzlum olmasına etiraf etmiş olsunlar.

20. Özünün elmi ləyaqətini, bacarıq və peşəsini təqdim və bəyan etmək

Bu hadisədən əldə edilən digər bir ibrət dərsi budur ki, insan camaata xidmət etmək və xeyir çatdırmaq üçün özünü tərifləyə, elmi bacarıq və səlahiyyətini söyləyə, öz peşə və məharətini cəmiyyətə təqdim edə bilər: “(Yusif) dedi: Məni (Misir) ölkəsinin xəzinələrinə başçı qərar verin, çünki mən əmanətdar və agah insanam.”[26]

21. Qüdrət və qələbə zamanı əfv edib güzəştə getmək

Bu ibrət dərsini həzrət Yusifin öz qardaşları ilə rəftarında görmək olar: hər şey məlum olduqda və həqiqətin inkarı üçün heç bir şey qalmadıqda həzrət Yusif öz qardaşlarına xitab edərək dedi: “Bu gün sizə heç bir məzəmmət və danlaq yoxdur! Allah sizi bağışlayar!”[27] Yəni bu gün sizdən intiqam alınmayacaq və heç bir məzəmmət rəva görülməyəcəkdir. Mən sizin bütün təqsirlərinizdən keçdim və Allah da tezliklə sizi bağışlayacaqdır.

22. Başqalarına bəraət qazandırmaq, keçmiş günah və səhvləri yeniləşdirməmək və keçmiş kinələri xatırlamamaq

Bu əhvalatda mövcud olan böyük ibrət dərslərindən biri budur ki, insan qaranlıq keçmişi bir daha gözlər önündə canlandırmamalı, qardaşlarının pis əməllərini və onlar sarıdan düçar olduğu əzab-əziyyət və məşəqqətləri unutmalıdır. Həzrət Yusif hətta qardaşlarını görməklə sevinc hissi keçirir, bu günahı şeytanın boynuna ataraq onu danlayıb məzəmmət edir: “Yusif dedi: “Bu gün sizin üçün heç bir məzəmmət və danlaq yoxdur! Allah sizi bağışlayar.” Başqa bir yerdə isə buyurur: “Və o (Allah) mənə yaxşılıq etdi – o zaman ki, məni zindandan çıxartdı və sizi o səhradan (buraya) gətirdi – şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra. Allah istədiyi (və layiqli gördüyü) şeylərə lütf və mərhəmət sahibidir. Çünki O, elmli və hikmətlidir.”[28]

23. Həm yoxsulluq, həm də varlı olan hallarda Allahın nemət və mərhəmətlərini unutmamaq

Bu hadisə Yusifin əhvalatlarından aşkar şəkildə görünür: istər quyu kimi məxfi yerdə olsun, istərsə də Misirin əzizinin sarayında hökumət və vəzirlik məqamında olsun,  Allahın lütf, mərhəmət və nemətlərini heç vaxt unutmur. Allah onun dilincə buyurur: “Pərvərdigarım istədiyi (və layiqli bildiyi) şeylərə qarşı lütf və mərhəmət sahibidir. Çünki o elmli və hikmətlidir.”[29]

Qeyd olunanlar bu əhvalatdan əldə edilən gözəl mətləblər idi. İxtisara riayət etmək üçün bu qədərlə kifayətlənirik.

 


[1] Müdərrisi, “Min hüdəl-Quran” təfsiri, 5-ci cild, səh. 155

[2] “Yusif” surəsi, ayə: 8

[3] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 9-cu cild, səh. 322

[4] “Yusif” surəsi, ayə: 18

[5] Müdərrisi, “Min hüdəl-Quran” təfsiri, 5-ci cild, səh. 162

[6] Yenə orada, səh. 163, “Yusif” surəsi, ayə: 6

[7] “Yusif” surəsi, ayə: 9

[8] Müdərrisi, “Min hüdəl-Quran ”, təfsiri, 5-ci cild, səh. 166; “Təfsiri-nümunə”, 9-cu cild, səh. 323

[9] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 9-cu cild, səh. 323

[10] “Yusif” surəsi, ayə: 10

[11] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 7-ci cild, səh. 129, 9-cu cild, səh. 328

[12] Yenə orada, 7-ci cild, səh. 134, 9-cu cild, səh. 333

[13] “Yusif” surəsi, ayə: 18

[14] “Yusif” surəsi, ayə: 17

[15] “Yusif” surəsi, ayə: 80

[16] “Yusif” surəsi, ayə: 16

[17] “Yusif” surəsi, ayə: 18

[18] “Yusif” surəsi, ayə: 33

[19] “Yusif” surəsi, ayə: 23

[20] “Təfsiri-nümunə”, 9-cu cild, səh. 369-370

[21] “Yusif” surəsi, ayə: 33

[22] “Yusif” surəsi, ayə: 39

[23] “Yusif” surəsi, ayə: 26

[24] “Yusif” surəsi, ayə: 50

[25] “Yusif” surəsi, ayə: 51

[26] “Yusif” surəsi, ayə: 55; Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 10-cu cild, səh. 12

[27] “Yusif” surəsi, ayə: 92

[28] “Yusif” surəsi, ayə: 100

[29] Yenə orada

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əli (ə) hansı xütbədə, özündən qabaq üç xəlifənin xilafətə (xəlifəliyə) yetişməsi keyfiyyətini izah edir?
    9224 Hədis elmləri 2012/01/09
    Əli (ə) Nəhcül- bəlağənin üçüncü xütbəsində özündən qabaq üç xəlifənin xilafətə yetişməsi keyfiyyəti barədə söz açır və o həzrətin (ə) (xütbənin sonunda) buyurduqlarından istifadə etməklə bu xütbə, "şiqşiqiyyə" adı ilə tanınıbdır.Şiqşiqiyyə xütbəsi, xilafət barəsində imam Əlinin (ə) şikayətlərinə, onun (xilafətin) əldən getməsi qarşılğında İmamın (ə) səbrinə və sonda camaatın ...
  • İdmanda əxlaqın yeri necədir?
    7333 Əməli əxlaq 2012/01/12
    İslam dini həmişə kamil və dünyəvi din olaraqbir sağlam həyatın bütün hissələrini fikirləşir və dünya – axirət səadətinə qovuşan bütün uolları saymışdır. İslam nəzərində cismi sağlamlığın dəyəri heç kəsə gizli deyil. Təbii olaraq insanın sağlamlığında xeyirli olan idmanlar İslam dinində də təyid olunur. O şeylər ki ümumi əxlaqda var və ...
  • Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
    11341 Əhkam və hüquq fəlsəfəsi 2011/09/11
    İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. ...
  • Нәјә ҝөрә Ислам һөкумәти фәгиһләрин васитәси илә идарә олунмалыдыр?
    5932 Təzə kəlam 2012/05/20
    Ислам дини бүтүн динләрин сонунҹусу олуб, хүсуси ганунлары, әһкамлары, ҝөстәришләри вә әбәдијјәт ҹәһәти вардыр. Илк ҝүндән бүтүн мүшкүлләрин ҹавабыны вердији кими, тарих боју гаршыја чыхан суаллара да ҹаваблар вермәлидир. Башга тәрәфдән, һәр ҝүн дүнјада елә мүшкүл, шәраит вә суаллар гаршыја чыхыр ки, әввәлкиләрдән чох фәргләнир.
  • Övladın dünyaya gəlişindən əvvəl valideynlərin riayət etməli olduqları şeylər hansılardır?
    12781 Nizamlar hüquq və əhkam 2011/09/12
    Övladın dünyaya gəlişindən əvvəl ata-ananın riayət etməli olduğu əməllərin bəzisi aşağıdakılardan ibarətdir:Dinin vacib əməllərini yerinə yetirmək, ailə münasibətlərinə riayət etmək, halal, pak-pakizə yeməklər və müxtəlif çeşidli meyvələr yemək, genetik analizlər vermək və yoxlanışdan keçmək, ruhi yorğunluq və sarsıntıların qarşısını almaq, gözəl təbii mənzərələrə tamaşa etmək, fiziki gigiyena qaydalarına riayət ...
  • Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
    8618 شهادت زهرا س و مرقد ایشان 2013/12/16
    Şiə məzhəbinin böyük bir hissəsi bunu qəbul edir ki, Həzrət Fatiməyi Zəhra (s) şəhadətindən əvvəl hamilə olmuş və Möhsün adlı övladı O həzrətin evinə hücum olunan hadisə səbəbindən siqt olmuşdur. O cümlədən bəzi Əhli Sünnət mənbələrində də həzrət Möhsünün şəhadətinə işarə olunmuşdur.[1] Lakin şeyx ...
  • Lütfən, şiə təfəkkürünün əsaslarını izah və onun xüsusiyyətlərini bəyan edin!
    8926 Qədim kəlam 2011/04/16
    Бу суалын изаһлы ҹавабы јохдур. ...
  • İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində məlumat verin.
    16426 تاريخ بزرگان 2012/06/23
    İmam Kazim (əleyhis-salam)-ın özünün, övladlarının və s... həyatını bəyan etmək üçün bir neçə cildlik kitab yazmaq lazımdır. O həzrətin həyatı barəsində çoxlu kitablar yazılmışdır. Misal üçün: Seyid Hüseyn Əbu Səidə Musəvinin əsəri olan “Məşcərul-vafi” kitabına müraciət etmək olar. O, üç cilddə və musəvilər silsiləsinin bəyanında qələmə alınmışdır.
  • Heyvanlar və bitkilər Allahı necə zikr edirlər?
    10122 Qədim kəlam 2012/10/01
    İnsan elmi təbiətdə olan varlıqlara qarşı məhdud və həddindən artıq azdır. Amma təbiətdə olan varlıqlar Allahı necə zikr edirlər, bu mövzulardan biridir ki, onun necə olmasına bəşər elm və yol tapmamışdır. Bir çox ayə və rəvayətlərdə bəyan olmuşdur ki, həyatda olan hər bir şey Allahı zikr edir. Bu ...
  • Seyid Haşim Həddad və onun şagirdləri barəsində bir qədər məlumat verin.
    8729 Dahilərin sirəsi 2011/11/24
    İlahi arif mərhum Haşim Musəvi Həddad müqəddəs Kərbəla şəhərinin əhalisindən idi. O, 1286-cı hicri-qəməri ilində həmin şəhərdə dünyaya gəlmiş və 86 yaşında Allahın rəhmət dərgahına qovuşmuşdur. O, müqəddəs Nəcəf şəhərində rəbbani arif Seyid Mirzə Əli Ağa Qazi ilə tanış olmuş və təqribən 26 il onun ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163060 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155554 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117965 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110041 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99678 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91577 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53518 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45881 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43958 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43165 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...