Ətraflı axtarış
Baxanların
6703
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Nə üçün ölü müctəhidə təqlid etmək caiz deyildir?
Sual
Nə üçün ölü müctəhidə təqlid etmək caiz deyildir?
Qısa cavab

Ölü müctəhidə təqlid etməyi caiz bilməyən fəqihlər bir çox dəlillərə istinad etmişlər. Həmin dəlillərdən agah olmaq üçün gərək fiqhi kitablara müraciət olunsun. Amma bu sual digər şəkildə də irəli çəkilə bilər. O da bundan ibarətdir ki, bu qrup müctəhidin nəzərindən belə bir hökmün faydası və həqiqətdə onun fəlsəfəsi nədir?

Bu sualın cavabında bir neçə məsələyə işarə edirik:

1. Dini tələbələrin ictihad məqamına çatmaq məqsədi ilə elm öyrənməkləri elmi-dini hövzələrin qalıb davam etməsinə səbəb olur.

2. Keçmişdəki böyük alimlər bir çox məsələlərə cavab verib şəri problemləri həll etsələr də, lakin bir çox şəri məsələ qalmışdır və bunlar gələcəkdəki müctəhidlərin vasitəsi ilə cavablandırılır.

3. Müsəlmanlar şəxsi və ictimai həyatlarında, dünyada daxili və xarici işlərlə əlaqədar hər gün çoxlu yeni-yeni məsələlərlə qarşılaşırlar. Onlar bu barədə öz vəzifələrinin nə olmasından agah deyildirlər. Bu kimi hallarda gərək diri müctəhidlər və fəqihlər camaatın vəzifəsinin nə olduğunu aydınlaşdırsınlar.

4. Bir çox məsələlər və mövzular günbəgün dəyişilir. Yalnız diri müctəhid zaman və məkan şəraitlərinə diqqət yetirməklə dəyişən mövzunu aydınlaşdıra, ehtiyac duyulan hökmü bəyan edə bilər.

5. İslam elmləri də sair elmlərlə çiyin-çiyinə irəliləməkdədir.

Ətreaflı cavab

Şiə fəqihlərindən bir çoxu[1] ibtidai olaraq ölü müctəhidə təqlidi caiz bilmir və buyururlar ki, ölü müctəhidə təqlid etmək yalnız “təqliddə qalmaq” şəraitində səhihdir. Yəni müəyyən bir müctəhidin sağlığında ona təqlid edənlər onun vəfatından sonra da diri müctəhidin fətvası və icazəsi ilə ona təqliddə qala bilərlər.

Bizim fəqihlərimiz mərcəyi-təqlidin şərtlərindən biri kimi onun diri olmasını şərt etmiş və ölü müctəhidə təqlidi (ibtidaən) caiz bilməmişlər. Bu barədə onların özlərinin xüsusi fiqhi dəlilləri vardır. Bu dəlillər fiqhə aid olan ixtisasçı bəhslərdə irəli çəkilir. Onun burada bəyan olunması bu məqalənin çərçivəsindən xaricdir. Amma sualda qeyd olunan məsələ digər şəkildə də irəli çəkilə bilər. O da bundan ibarətdir ki, həmin fəqihlərin nəzərindən belə bir hökmün fəlsəfəsi və faydası nədir?

Bu suala cavab vermək məqamında yalnız bu İslam hökmünün bəzi faydalarına işarə edirik:

1. Bu nəzəriyyə dini-elmi hövzələrinin canlı qalmasına, onların günbəgün inkişaf edib rövnəqlənməsinə səbəb olur. Çünki bu nəzəriyyəyə əsasən, ictihad yolu açıq olduğu üçün, yeni şəriət alimlərinin tərbiyə olunması ilə bu sahədə (elmiyyə hövzələrində) yeni-yeni müctəhidlərin və mərcəyi-təqlidlərin yetişməsinə səbəb olur.

2. Keçmiş dövrlərdə mövcud olan şəri problemlərin, çətinliklərin və məsələlərin bir çoxu həmin dövrdəki şəriət alimlərinin tərəfindən cavablandırılmışdır. Lakin o məsələlərin bir çoxu hələ də qalır və gələcək nəsillərin müctəhidi tərəfindən cavablandırılmalıdır. Hətta dünyada elmin inkişafı ilə o zamanlar həll olunmuş bəzi məsələlərə də keçmişdəkilərə nisbətən daha yaxşı və ətraflı cavablar verilməsi mümkündür.

3. Elmiyyə hövzələrində təfsir, fiqh, üsul və s. elmilərin tədris və təlimini nəzərə almaqla, bu elmlər digər elmlərlə çiyin-çiyinə inkişaf edir və təkamülə doğru gedir.

4. Müsəlmanlar hər gün öz şəxsi və ictimai həyatlarında, özlərinin daxili və xarici işlərində yeni-yeni məsələlərə qarşılaşır, yalnız zamanın tələblərinə agah olan fəqih alim onların vəzifəsini aydınlaşdıra bilər. Ümumiyyətlə, rəvayətlərdə qeyd olunduğu kimi, müctəhidə müraciət etməyin səbəbi məhz həmin məsələdir. İmam Zaman (əleyhis-salam) buyurmuşdur:

وَ اَماَّ الْحَوٰادِثُ الْوٰاقِعَةُ فَارْجِعُوا فِیهٰا اِلیٰ رُوٰاةِ حَدِیثِنٰا

“Sizin üçün qarşıya çıxan yeni məsələlərdə bizim hədislərimizi rəvayət edənlərə (fəqihlərə)  müraciət edin.[2]

Bu hədisdə deyilən “həvadisul-vaqiə” hər bir zamanda, hər bir əsrdə, ilbəil, hətta günbəgün qarşıya çıxan yeni şəri məsələlərdir və yalnız öz zəmanəsinin tələblərinə agah olan diri fəqih bu kimi məsələləri həll edib lazımınca cavab verə bilər. Fəqihlərin kitablarının araşdırılması göstərir ki, yeni məsələlər camaatın ehtiyaclarına uyğun olaraq və tədrici şəkildə fiqhə daxil olur və fəqihlər də onlara cavab verilər. Uzun və mütəmadi illər boyu fiqh elminin inkişafı müxtəlif əsrlərin fəqihləri tərəfindən hasil olunmuşdur.

5. Keçmiş dövrlərdə mövcud olan mövzulardan bir çoxu dəyişilmiş və başqa mövzulara çevrilmişdir. Yalnız diri müctəhid yeni mövzuların hökmünü dəlillərdən (Quran və hədisdən) çıxararaq bəyan edə bilər.[3]



[1] Bizim nəzərimizcə, əvvəla, ibtidaən ölü müctəhidə təqlid etmək caiz və əgər meyit ələm olarsa, ona təqlid etmək vacibdir. İkincisi, ictimai məsələlərdə yalnız rəhbərə təqlid etmək lazımdır və ictimai işlərdən qeyrilərində rəhbərdən başqasına da təqlid etmək olar.

[2] “Ehticac”, Təbərsi, 2-ci cild, səh. 283

[3] Əlavə məlumat üçün bax: “Dəh qoftar”, Ustad Şəhid Mutəhhəri, “İslamda ictihad prinsipi barədə söhbət”

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəbiristanlıqda məscid tikmək olarmı?
    5037 Nizamlar hüquq və əhkam 2012/04/09
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər sözügedən qəbiristanlıq vəqf ərazisi və bir kəsin xüsusi mülkü deyilsə, habelə müxtəlif əlamətdar hadisələrdə əhalinin istifadə etdiyi və ehtiyac duyduğu ümumi məkanlardan olmasa, eləcə də orada məscid tikmək müsəlmanların qəbirlərinə qarşı hörmətsizliyə və ya qəbirlərin açılmasına səbəb olmasa, ...
  • Çox danışmağı müalicə etmək üçün hansı yollar vardır?
    10103 Nəzəri əxlaq 2012/01/19
    Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqələrin inkişaf etdirilməsi üçün gözəl bir vasitədir. Amma bunun çoxlu bəlaları da vardır ki, sonsuz günahların mənşəyi ola bilər. Buna görə də insan dilini nəzarət altına almaq və ondan yerində istifadə etmək üçün gərək hər gün sübh ...
  • Təvəssül, yolunu azmaya səbəb olar? Ümumiyyətlə təvəssül üçün dəlil varmımızdır?
    7822 Qədim kəlam 2012/04/18
    Təvəssülün yolunu azmaya səbəb olmamasından əlavə, bəlkə o, Allaha yaxınlaşmaq üçün vasitə və yoldur. İmam Rzanın (ə) xəstəyə şəfa verməsi təvəssül üçün əsil dəlil deyil, amma bu məsələ üçün yaxşı bir sübutdur. Əlbəttə əqli və nəqli dəlillərlə onu isbat edəndən sonra. Dünyanın nizam- intizamı "illət" və ...
  • Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
    6711 Qədim kəlam 2012/05/20
    Allah-Taala, vücudu vacib olan, alim, iradə sahibi, hər şeydən biniyaz, ehtiyacsız, məhdudiyyətsiz və hər bir nöqsandan pak və münəzzəhdir. Amma enerji naqis, ehtiyaclı, məhdud, elmsiz və iradəsiz bir mövcuddur. Allah-taalanın sifətləri ilə enerjinin xüsusiyyətləri arasında olan fərqlərindən məlum olur ki, enerji Allah-Taala deyil. Enerji, bir ...
  • Nə üçün Allah-taala bütün kamal sifətlərinə malik olmalıdır?
    5306 İslam fəlsəfəsi 2012/02/18
    Aləmə hakim olan vəhdət bu təsəvvürə – yəni “hər hansı bir varlığın yalnız xüsusi bir növdən olan kamallara malik olması, sair kamallardan heç birinə ehtiyaclı olmaması” təsəvvürünə mane olur Bu məsələ yalnız camaat arasında deyilən və etibari kamallarda təsəvvür oluna bilər. Amma bunun vücud mərtəbələrində həyata keçməsi mümkün deyildir. ...
  • Христианлыгда тәһрифин сәбәбләри нәдир?
    6400 Təzə kəlam 2009/11/10
    Һәзрәт Иса (ә) Аллаһын изни илә гејб оландан сонра онун тәлимләри јахын тәрәфдарлары (һәвариләр) тәрәфиндән тәблиғ едилмәјә башлады. Сонралар бу вәзифә христианлығын баниси кими танынан Полосун васитәсилә давам етдирилди. Өзү әввәл јәһуди олуб, сонрадан христианлығы сечән бу шәхс бундан габаг јени динә мөтәгид ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    3806 پیامبر اکرم ص 2019/10/09
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    7627 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Нәјә ҝөрә гадынын ган баһасы (дијә) кишинин ган баһасынын јарысы гәдәрдир?
    6756 Nizamlar hüquq və əhkam 2010/07/18
       Тарихи вә дини мөзулара әсасән, “ган баһасы” игтисади бир мәсәлә олуб, зијанын арадан галдырылмасындан өтрү тәјин олунмушдур. Башга тәрәфдән, Ислам нөгтеји-нәзәриндән һәдәфиндә олан ҹәмијјәтдә мүһүм игтисади мәсулијјәтләр кишинин өһдәсинә гојулмушдур. Јәни, әҝәр кишинин игтисади вәзифәләринә күлли бир нәзәрлә диггәт етсәк мәлум олар ...
  • On ilə yaxındır ki, bir nəfərlə nişanlıyam. Biz, qanuni izdivacdan qabaq şəriət əqdini yerinə yetirə bilərikmi?
    5624 Nizamlar hüquq və əhkam 2012/02/12
    Bu barədə təqlid mərcələrinin cavabı belədir:1.             Xamenei: Onun, şəriət qəbul edən şərtlərini riayət etməklə öz- özlüyündə maneəsi yoxdur.2.             Sistani: Qızın əqdi gərək onun atasının icazəsi ilə ola.3.             Safi Gülpayqani: Mömin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163066 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155565 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117967 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110054 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99709 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91581 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53522 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45905 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43965 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43170 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...