Ətraflı axtarış

Hər bir millətin keçmiş hadisələri o millətin və digər millətlərin taleyində böyük təsirə malik ola bilər. Əgər o hadisə faydalı bir hadisə olub və öz yerində təsirləri olubsa, onu yaşatmaq və araşdırmağın çoxlu təsirləri və nəticələri ola bilər. Onu unutmaq isə insan cəmiyyəti üçün dözülməz ziyanlara səbəb ola bilər. Çünki millətlərin tarixində yaranan mühüm hadisələr, xalqlar üçün böyük itkilərlə yaranışdır. Bu itkilər madi və mənəvi itkilər ola bilər. Məsələn böyük şəxsiyyətləri itirmək, bir millətin əzab və çətinlik çəkmələri və ...

Buna əsasən, insanların ibrət almaları olduğu bu böyük hadisələr və təcrübələr, hər bir xalqın hətta bütün insanların böyük təcrübələrindəndir. Belə hadisə və təcrübələrin qorunub, yaşanması və istifadə olunmasına ağıl hökm edir.

Şübhəsiz, müxtəlif cəhətləri olan aşurada baş verən böyük hadisə, insanlar üçün baş vermiş itkili hadisələrdən biridir. Çünki məsum imam (ə)- ın (kamil insan) və o həzrətin vəfalı dostlarının şəhid olması və o həzrətin ailə və uşaqlarının əziyyət və çətinlikləri və... kimi bahasına başa gəlmişdir.

Digər bir tərəfdən, qurup və tayfa mənfəətləri üçün) olmayıbdır. Əksinə Kərbəla hadisəsi, Hüseyn ibn Əli (ə)- in və vəfalı dostlarının şəhid olmaları bir məktəbdir. Hansı ki, tövhid, imamət, yaxşılığa əmr və pislikdən çəkindirmə, həqiqət tələbəlik, zülümlə mübarizə, nəfsin kəraməti, izzət və... kimi ibrət və hədəfləri var.

Əgər bu insan tərbiyə edən məktəb, nəsildən nəslə insanlar arasında yayılsa, insanlar onun üçün ödədikləri bahanın qarşısında ondan faydalanıb, ən çox mənfəəti əldə edə bilər. Amma əgər Allah eləməmiş, bu hadisə unudulub, ya təhrif olsa, insan cəmiyyətinə xüsusilə dindarların cəmiyyətinə çoxlu zərər dəyəsək. Əgər məsum imamlar (ə)- ın[1] o həzrətin əzadarlıq məclislərini keçirməyə təkid olunduğunu görürüksə, bu ona görədir ki, o həzrətin insan tərbiyə edən məktəbi həmişə yaşasın və qanın qılınca və həqiqət tələbliyin haqla mübarizəyə qalib gəlmə təcrübəsi həmişə yanan alov kimi, insanların yolunu işıqlandırsın.

Məsumlar (ə)- ın bu təkid etmələri imam Hüseyn (ə)- ın əzadarlıq məclislərinin o həzrətin şəhid olduğu zamandan indiyə kimi, bir yaşayan, fəal və inqilabi hərəkət formasında olmasına və minlərlə şair, yazıçı və xətibin bu barədə söz demələrinə səbəb olubdur. Baxmayaraq ki, düşmənlər bu böyük hadisəni təhrif etmək üçün geniş fəaliyyətlər ediblər. amma elə əzadarlıq məclisləri, islamın həmişəlik yaşamasına və Hüseyn ibn Əli (ə)- ın dünyanın hər yerində şüarlarından biri olaraq zülmlə mübarizə şüarı yayılır.

Dediyimiz kimi, aşura hadisələrini qorumaq və yaşatmaq elə bir məsələdir ki, ağıl açıqca ona dəlalət edir və məsumlar (ə)- ın belə bir mərasim və məclisləri yaşatmaq üslubu olubdur. İmam Rza (ə) buyurur: "Atamın (imam Musa bin Cəfər (ə) ) həmişəlik üslubu bu idi ki, Məhərrəm yetişən zaman onun ağlamaq və müsibət günü idi. Aşura on günlüyü keçməyincə üzü gülməzdi. Aşura günü onun ağlamaq və müsibət günü idi."[2]

Əlqəmə bin Məhəmməd Həzrəmi deyir: "İmam Baqir (ə) Hüseyn (ə) üçün ağlayır və nalə edirdi. Evində olan bütün şəxslərə ağlamaq əmri verirdi. O həzrətin evində əzadarlıq məclisi təşkil olurdu. Və o müsibəti bir- birlərinə təsliyət deyirdilər."[3]

Bilməlisiniz ki, həzrət Hüseyn (ə) bin Əli Allah yanında olan dərəcə ilə, belə bir əzadarlıq mərasimlərinə ehtiyacı yoxudur. İmamlar (ə)- ın belə bir məclisləri təşkil etməyə təkid etmələri, bu məclislərin təsir və nəticəsinə görədir. Onların bəzisi bunlardan ibarətdir:[4]

  1. İmam Hüseyn (ə)- ın ardıcılları arasında vəhdət yaratmaq: Həcc mərasimi, islam firqə və məzhəblər arasında vəhdət yaratdığı kimi, bu məclislər o həzrətə məhəbbəti olan və şiələr arasaında vəhdət və birliyi möhkəmlədir.
  2. Camaatın imamların yolu ilə tanış olması: Çünki bu məclislər o həzrətin üslub və hədəflərini açıqlamaq üçün ən yaxşı fürsətdir. Belə məclislərdə iştirak edən insanlar, belə məsələləri qəbul etməyə daha hazırdırlar.
  3. İlahi höccətlərlə qəlbi bağlılıq yaratmaq və o həzrətlərin xüsusi köməklərindən faydalanmaq: Çünki imamlar (ə) belə məclisləri təşkil etməyə çox təkid ediblər. belə məclisləri təşkil etmək, əslində imamların əmrinə itaət etməkdir. Məlumdur ki, bu əmrə tabeçilik, o həzrətlər tərəfindən cavabsız qalmayaq.
  4. Aşura hadisəsini açıqlayanda, islam düşmənlərinin zülmləri açıqlanan və islam xilafətinə iddialıların həqiqi üzü ortaya çıxan zaman, eşidənlərin zehnləri öz cəmiyyətlərindəki mövcud təhriflərə yönəlir və hər zamanın Yezidindən uzaqlaşmaq və zəmanəsinin Hüseyninə itaət etməklə, öz cəmiyyətlərini düzəltmək istəyirlər. Zülm və düz yoldan çıxmaların xüsusiu bir zamana aid olmadığını və hər zaman cəmiyyətin belə bir hadisələrə düçar olmasını anlayırlar. Başqa sözlə, bu məclislər insanların öz zamanları barəsində məlumatlı olmalarına səbəb olur. İnsan öz vəzifələrini bu məclislərdə tanıyırlar.

Bunlar imam Hüseyn(ə)- ın əzadarlıq məclislərinin bəzi nəticələri və təsirləridir ki, belə bir məclislər tətil olunan zaman, cəmiyyət ondan məhrum olacaq. Diqqət olunası məsələ budur ki, böyük aşura hadisəsi ən yaxşı formada keçirilməlidir. Elmi seminar keçirtməklə ya film çəkmək və kitab və roman yazmaqla, o hadisənin xatirəsini yaşatmaq mümkündür. Amma bunların heç biri ən yaxşı üslub deyil. Çünki insan mərifət, cəmiyyət, təbiət, hiss və ...müxxtəlif cəhətlərin toplusudur. Əgər biz Kərbəla hadisəsi kimi dəyərli və mühüm bir hadisəni yaxşı bir formada yaşatmaq və insanları onun nemətlərindən faydalandırmaq istəyiriksə, onun mərasim və əzadarlığı elə formada olmalıdır ki, insanın bütün bu vücudunun cəhətləri onu yaşatmaqda, rolu olmalıdır. Bnuna əsasən, imam Hüseyn (ə)- ın əzadarlıq məclisləri adət formasında imamlar (ə)- ın zamanından indiyəcən həmişə qəm, göz yaşı və müsibətləri açıqlamaqla birgə olubdur. Belə ki, insanların hissiyyatını təkrik etmək, bu məclisləri yaşatmaq üçün ən yaxşı formadır. Çünki bu formada bu hadisənin xırdalıqlarını tanımaqdan əlavə, qəlbin dərinliyi ilə əlaqəlidir. Ona görə də hamı belə məclisləri təşkil edən özlərini borclu sayır və mövcud imkanlarla (pul, elm, qələm, danışıq və...) bu məclisləri təşkil etməyə çalışrlar.

Əlbəttə bu barədə həmişə təhriflərə diqqət etmək lazımdır ki, imamlar həmişə bizə xəbərdarlıq ediblər.

Bundan əlavə, Hüseyn bin Əli (ə) insanlıq və bəşər dəyərlərinin yolunun şəhidi olduğuna görə, bütün nəsillər insan fitrəti və haqq tanımaqlıq hökmünə əsasən o həzrətin və dostlarının fədakarlığına təşəkkür etməyi özünə lazım bilir. (belə bir məclislər keçirtməklə).

Deyilənlərə əsasən insanlar insani dəyərləri qorumaq və onlara doğru hərəkət etmək üçün, o həzrətin xatirəsini həmişə yaşatmağa ehtiyaclıdırlar. Əgər bir gün Hüseyn bin Əli (ə)- ın adı və o həzrətin fədakarlıq və hədəflərinin xatirəsi unudulsa, bəşər cəmiyyəti zərər görəcəkdir.  

Bu məsələni Quran da təsdiqləyir. Qurani- məcid İbrahim surəsində həzrət Musa (ə)- ya əyyamullahı camaata xatırlatmağı əmr edir:

«... و ذکّرهم بایام الله انّ فی ذلک لایات لکل صبّار شکور»[5]

Yəni: Allahın günlərini camaata xatırla, çünki bu günlərdə səbrli və şükr edən insanlar üçün əlamətlər var."

Ustad Əllamə Təba- təbai bu ayənin təfsiri barəsində deyir: "Şübhəsiz, Əyyamullahdan məqsəd, o zamanlardır ki, Allahın əmri, onun yeganəliyi və onun səltənəti aşkar olub və ya aşkar olur... Həmçinin Allahın rəhmətinin zühur etdiyi günlər. Əlbəttə o günlər ki, ilahi nemətlər elə aşkar olublar ki, digər günlərdə o cür aşkar olmayıblar. Həzrət Nuh (ə)- ın gəmidən çıxdığı gün və həzrət İbrahim (ə)- ın oddan nicat tapdığı gün və ...kimi."[6]

Buna əsasən, aşura hadisəsi və Hüseyn bin Əli (ə) və dostlarının hüznü ilə islamın yaşaması Əyyamullahın mənalarından biridir ki, bizim hamımız onu xatırlamaq, nizamlamaq və əzizləməyə əmr olunmuşuq.

 

 


[1] - Biharul- ənvar, cild 44, səh 292, Vəsailüş- şiə, cild 3, səh 282.

[2] - Vəsailüş- şiə, cild 10, səh 394.

[3] - Vəsailüş- şiə, cild 10, səh 398.

[4] - Daha çox məlumat almaq üçün baxın: Göstərici; Bəqi ziyarətçilərinin ağlaması.

[5] - İbrahim surəsi, ayə 5.

[6] - Əl- mizanın tərcüməsi, cild 2, səh 23.

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əli (ə) hansı xütbədə, özündən qabaq üç xəlifənin xilafətə (xəlifəliyə) yetişməsi keyfiyyətini izah edir?
    9224 Hədis elmləri 2012/01/09
    Əli (ə) Nəhcül- bəlağənin üçüncü xütbəsində özündən qabaq üç xəlifənin xilafətə yetişməsi keyfiyyəti barədə söz açır və o həzrətin (ə) (xütbənin sonunda) buyurduqlarından istifadə etməklə bu xütbə, "şiqşiqiyyə" adı ilə tanınıbdır.Şiqşiqiyyə xütbəsi, xilafət barəsində imam Əlinin (ə) şikayətlərinə, onun (xilafətin) əldən getməsi qarşılğında İmamın (ə) səbrinə və sonda camaatın ...
  • İdmanda əxlaqın yeri necədir?
    7333 Əməli əxlaq 2012/01/12
    İslam dini həmişə kamil və dünyəvi din olaraqbir sağlam həyatın bütün hissələrini fikirləşir və dünya – axirət səadətinə qovuşan bütün uolları saymışdır. İslam nəzərində cismi sağlamlığın dəyəri heç kəsə gizli deyil. Təbii olaraq insanın sağlamlığında xeyirli olan idmanlar İslam dinində də təyid olunur. O şeylər ki ümumi əxlaqda var və ...
  • Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
    11341 Əhkam və hüquq fəlsəfəsi 2011/09/11
    İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. ...
  • Нәјә ҝөрә Ислам һөкумәти фәгиһләрин васитәси илә идарә олунмалыдыр?
    5932 Təzə kəlam 2012/05/20
    Ислам дини бүтүн динләрин сонунҹусу олуб, хүсуси ганунлары, әһкамлары, ҝөстәришләри вә әбәдијјәт ҹәһәти вардыр. Илк ҝүндән бүтүн мүшкүлләрин ҹавабыны вердији кими, тарих боју гаршыја чыхан суаллара да ҹаваблар вермәлидир. Башга тәрәфдән, һәр ҝүн дүнјада елә мүшкүл, шәраит вә суаллар гаршыја чыхыр ки, әввәлкиләрдән чох фәргләнир.
  • Övladın dünyaya gəlişindən əvvəl valideynlərin riayət etməli olduqları şeylər hansılardır?
    12781 Nizamlar hüquq və əhkam 2011/09/12
    Övladın dünyaya gəlişindən əvvəl ata-ananın riayət etməli olduğu əməllərin bəzisi aşağıdakılardan ibarətdir:Dinin vacib əməllərini yerinə yetirmək, ailə münasibətlərinə riayət etmək, halal, pak-pakizə yeməklər və müxtəlif çeşidli meyvələr yemək, genetik analizlər vermək və yoxlanışdan keçmək, ruhi yorğunluq və sarsıntıların qarşısını almaq, gözəl təbii mənzərələrə tamaşa etmək, fiziki gigiyena qaydalarına riayət ...
  • Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
    8618 شهادت زهرا س و مرقد ایشان 2013/12/16
    Şiə məzhəbinin böyük bir hissəsi bunu qəbul edir ki, Həzrət Fatiməyi Zəhra (s) şəhadətindən əvvəl hamilə olmuş və Möhsün adlı övladı O həzrətin evinə hücum olunan hadisə səbəbindən siqt olmuşdur. O cümlədən bəzi Əhli Sünnət mənbələrində də həzrət Möhsünün şəhadətinə işarə olunmuşdur.[1] Lakin şeyx ...
  • Lütfən, şiə təfəkkürünün əsaslarını izah və onun xüsusiyyətlərini bəyan edin!
    8926 Qədim kəlam 2011/04/16
    Бу суалын изаһлы ҹавабы јохдур. ...
  • İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində məlumat verin.
    16426 تاريخ بزرگان 2012/06/23
    İmam Kazim (əleyhis-salam)-ın özünün, övladlarının və s... həyatını bəyan etmək üçün bir neçə cildlik kitab yazmaq lazımdır. O həzrətin həyatı barəsində çoxlu kitablar yazılmışdır. Misal üçün: Seyid Hüseyn Əbu Səidə Musəvinin əsəri olan “Məşcərul-vafi” kitabına müraciət etmək olar. O, üç cilddə və musəvilər silsiləsinin bəyanında qələmə alınmışdır.
  • Heyvanlar və bitkilər Allahı necə zikr edirlər?
    10122 Qədim kəlam 2012/10/01
    İnsan elmi təbiətdə olan varlıqlara qarşı məhdud və həddindən artıq azdır. Amma təbiətdə olan varlıqlar Allahı necə zikr edirlər, bu mövzulardan biridir ki, onun necə olmasına bəşər elm və yol tapmamışdır. Bir çox ayə və rəvayətlərdə bəyan olmuşdur ki, həyatda olan hər bir şey Allahı zikr edir. Bu ...
  • Seyid Haşim Həddad və onun şagirdləri barəsində bir qədər məlumat verin.
    8729 Dahilərin sirəsi 2011/11/24
    İlahi arif mərhum Haşim Musəvi Həddad müqəddəs Kərbəla şəhərinin əhalisindən idi. O, 1286-cı hicri-qəməri ilində həmin şəhərdə dünyaya gəlmiş və 86 yaşında Allahın rəhmət dərgahına qovuşmuşdur. O, müqəddəs Nəcəf şəhərində rəbbani arif Seyid Mirzə Əli Ağa Qazi ilə tanış olmuş və təqribən 26 il onun ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163060 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155554 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117965 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110041 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99678 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91577 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53518 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45881 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43958 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43165 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...